• $
  • €
  • ₽
  • ₺
  • £

“Kütləvi çıxarış” kampaniyası Sabunçu rayonunda - Fotolar

“Kütləvi çıxarış” kampaniyası Sabunçu rayonunda - Fotolar
04.11.2015 16:17
Azərbaycan Respublikası Prezidentinin xidmətlərdə şəffaflıq və operativlik, eləcə də vətəndaş məmnunluğunun təmin olunması barədə tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi ardıcıl tədbirlər həyata keçirir.
 
ANN.Az xəbər verir ki, komitənin mətbuat xidmətindən verilən məlumata görə, komitə digər sosialyönümlü tədbirlərlə yanaşı, xidmətləri birbaşa vətəndaşların ünvanına çatdıran "Kütləvi çıxarış” kampaniyasını da uğurla davam etdirir. Kampaniya regionlarla yanaşı, bir neçə gün əvvəldən başlayaraq artıq Bakı şəhərində də keçirilməkdədir. Səbail rayonunda start götürən kampaniya "bir pəncərə” prinsipi əsasında bu dəfə 04 noyabr 2015-ci il tarixində Sabunçu rayonunda baş tutub. Belə ki, rayonun Bakıxanov qəsəbəsində yerləşən 88 mənzilli binada yaşayan sakinlər kampaniyadan faydalanıb. Binadakı 30 mənzil sahibinə dövlət reyestrindən çıxarışlar təqdim olunub. Həmçinin, 50-dən çox vətəndaşdan mənzillər üzərində mülkiyyət hüququnu təsdiq edən ilkin hüquqi sənədlər qəbul olunub.
 
 
Qeyd olunduğu kimi, ötən ildən başlayaraq kampaniya ilk mərhələdə regionlarda keçirilirdi. İndiyədək respublikanın 20-dən çox şəhər və rayonunda birbaşa ünvanlarda keçirilən kampaniyaya paytaxt sakinləri də cəlb olunmağa başladı. Komitənin mobil ofisləri vasitəsilə (xüsusi avadanlıqlarla təchiz olunmuş nəqliyyat vasitələri) həyata keçirilən kampaniya çərçivəsində paytaxtdakı çoxmərtəbəli binalarda yaşayan mənzil sahiblərinə qeydiyyat xidmətləri göstərilir. Bu xidmətlərə dövlət reyestrindən çıxarışların təqdim olunması, eləcə də, sakinlərdə olan mülkiyyətə dair ilkin sənədlərin qəbulu aiddir. Eyni zamanda, kampaniya çərçivəsində vətəndaşlara qeydiyyatla bağlı hüquqi məsələlər izah olunur, hüquqi yardımlar göstərilir.
 
 
Xatırladaq ki, kampaniya çərçivəsində yalnız "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında çıxarışlar verilir.
 
 
Komitə tərəfindən keçirilən belə kampaniyalar ilk növbədə xidmətlərin daha şəffaf, çevik və əlverişli şəraitdə vətəndaşlara təqdim olunması məqsədini daşıyır. Mülkiyyət hüquqlarının və qanunçuluğun daha yüksək səviyyədə təmin olunmasına səbəb olur. Bu isə insanların xidmətlərdən daha rahat və optimal faydalanması ilə nəticələnməkdədir. Xidmətlərin birbaşa ünvanlarda vətəndaşlara çatdırılması vətəndaşların əvvəllər məruz qaldıqları vaxt itkisini aradan qaldırıb. "Bir pəncərə” prinsipinin tətbiqi ilə daşınmaz əmlakın qeydiyyatı üçün bir neçə ünvana müraciət etməyə ehtiyac qalmayıb. Həm evlərin, mənzillərin, daşınmaz əmlak obyektlərinin, həm də torpaqların qeydiyyatı yalnız bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində həyata keçirilir.
 
 
"Kütləvi çıxarış” kampaniyasının geniş formatda keçirilməsi ölkədə daşınmaz əmlak bazarının aktivliyinin artmasına, alqı-satqı proseslərinin stimullaşmasına səbəb olur. Daşınmaz əmlakların iqtisadi proseslərə cəlb olunması, investisiya obyektinə çevrilməsinə təkan verir.
 
 
Qeyd edək ki, kampaniya zamanı bina sakinləri dövlət başçısının mülkiyyət hüquqlarının təmin olunmasında göstərdiyi diqqət və həyata keçirdiyi islahatlardan razılıqlarını bildiriblər. Eyni zamanda, daşınmaz əmlakların və torpaqların qeydiyyatında  "bir pəncərə” sisteminin tətbiqindən və komitənin tətbiq etdiyi yeniliklərdən razı qaldıqlarını söyləyiblər.
 



www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol