• $
  • €
  • ₽
  • ₺
  • £

Bir toxunuşla arzunuzu reallaşdırın!

Bir toxunuşla arzunuzu reallaşdırın!
04.11.2015 15:51
Unibank növbəti yeniliyini təqdim etdi.
 
Bankın müştəriləri artıq POS-terminala bir toxunuş etməklə ödənişə imkan verən təmassız Albalı Plus MasterCard kartını əldə etmək imkanı qazanacaqlar.

Ödəniş kartları və nağdsız ödənişlər sferasında texnoloji yenilikləri izləyərək öz məhsul çeşidini daima yeniləyən "Unibank”dan daha bir xəbər! Artıq Unibank öz müştərilərinə bir toxunuşla ödəniş etməyə imkan verən Albalı Plus MasterCard təmassız (contactless) ödəniş kartlarını təqdim etməyə hazırdır! Ötən aylarda öz  "Kart Prosessinq Mərkəzi”ni istifadəyə verən Unibank, ardından "MasterCard” təmassız texnologiyaların dəstəklənməsi üzrə sertifikasiya prosesini də uğurla başa çatdırdı.
 
MasterCard PayPass  qabaqcıl texnologiya olub, kartı terminala oxutmadan, ödənişi tək bir toxunuşla həyata keçirməyə imkan verir. Bu cür ödəniş MasterCard PayPass  loqotipi ilə təchiz olunmuş, yəni həmin funksiyanı dəstəkləyən  istənilən POS-terminalda keçərlidir.
 
Bu texnologiyanın özəlliyi ölkə daxilində 20 manatadək xırda alış-veriş əməliyyatlarının PIN-kod daxil edilmədən yerinə yetirilə bilməsidir. Bu, kart istifadəçilərinin vaxtına qənaətə imkan yaratmaqla, kartdan istifadəni daha da asanlaşdırır. Eləcə də, təmassız ödəniş zamanı kartı xidməti personala təqdim etmədən, bilavasitə kart sahibi tərəfindən terminala yaxınlaşdırmaqla yerinə yetirmək imkanı, kart ödənişlərinin güvənliyini daha da yüksəltmiş olur.
 
Unibank artıq seçilmiş partnyor şəbəkəsində təmassız ödənişləri dəstəkləyən POS-terminalların quraşdırılmasına da start verib. Belə ki, bankın başa çatdırdığı sertifikatlaşma işləri təmassız ödəniş kartlarının emissiyası ilə yanaşı, bu cür ödənişləri dəstəkləyən POS-terminallara xidmət olunmasına da imkan yaradır.
Albalı Plus MasterCard təmassız  ödəniş kartlarını  Unibank-ın Baş ofisindən əldə əldə bilərsiniz.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol