• $
  • €
  • ₽
  • ₺
  • £

Rza İbadov prezidentə təşəkkür etdi: “Yaxın günlərdə Bakıya dönəcəyəm”

Rza İbadov prezidentə təşəkkür etdi: “Yaxın günlərdə Bakıya dönəcəyəm”
05.11.2015 16:49
"Mənim üzərimdən axtarış qərarının götürülməsinə görə, cənab prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Həmçinin bu işdə köməyi keçmiş hər kəsə təşəkkür edirəm”.

Bu sözləri Strateq.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, hazırda Londonda yaşayan Rza İbadov bildirib.

R. İbadov bəyan edib ki, bu illər ərzində Azərbaycandan kənarda yaşasa da həmişə dövlət başçısına sadiq olub. " Mən son 10 ildə xarici ölkədə yaşasam da həmişə prezident İlham Əliyevə sadiq olmuşam. Son 25 il ərzində içində olduğum siyasi proseslərdə həmişə bu xətti yürütmüşəm”,- deyə R. İbadov vurğulayıb.

Keçmiş deputat Azərbaycana dönməyə hazırlaşır. Onun sözlərinə görə, yaxın müddət ərzində vətənə qayıdacaq. " 1-2 həftəyə Bakıya qayıdacağam”,-deyə R.İbadov vurğulayıb.  

Qeyd edək ki, sabiq deputat barəsində olan axtarış işinə Nəsimi Rayon Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli qərarı ilə xitam verilib

Sabiq deputat Cinayət Məcəlləsinin 148-ci (təhqir) və 147.2-ci (ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddələri ilə təqsirli bilinirdi. Rza İbadov 1966-cı ildə Naxçıvanda anadan olub. O, 1991-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü olub, eyni zamanda Gənclər və idman komissiyasının sədri işləyib.

1995-2000-ci illərdə isə Azərbaycan Respublikası Milli Məclisinin üzvü, Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr Komissiyasının sədri olub.

O, Londonda yerləşən ABŞ-ın Huron Universitetində beynəlxalq münasibətlər üzrə magistr, sonra Fransa Beynəlxalq Münasibətlər institutunun nəzdində fəaliyyət göstərən Strateji və Diplomatik Tədqiqatlar Mərkəzində beynəlxalq münasibətlər üzrə doktorluq dərəcələri alıb.



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol