• $
  • €
  • ₽
  • ₺
  • £

“Yazıçılar Birliyinin üzvləri lənətləmiş kəslər deyillər ki...”

“Yazıçılar Birliyinin üzvləri lənətləmiş kəslər deyillər ki...”
05.11.2015 20:00
Noyabrın 1-də keçirilən parlament seçkilərindən sonra V çağırış Milli Məclisin tərkibi müəyyən edildi. Budəfəki seçkilərdə nəzərə çarpan məqamlardan biri də bir çox qələm adamlarının iştirakı oldu. Lakin Aqil Abbas və Hüseynbala Mirələmovu çıxmaq şərtilə onların heç birisi seçicilərin səs çoxluğunu qazana bilmədi. Amma sirr deyil ki, parlamentin əvvəlki çağırışlarında bir çox qələm adamları deputat kimi öz dairələrlərini təmsil ediblər. Onlara misal olaraq mərhum xalq şairləri Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu, xalq yazıçısı Yusif Səmədoğlu, AYB-in hazırkı sədri Anar, yazıçı Əkrəm Əylisli və başqalarını misal göstərmək olar. Lakin sonrakı illərdə qələm adamı olan deputatların sayı get-gedə azaldı.

Modern.az saytının "Yazıçı, şairin parlamentdə təmsil olunması cəmiyyət üçün nə dərəcədə vacibdir” sualına cavab verən xalq şairi Fikrət Qoca qələm adamının parlamentdə təmsil olunmasını müsbət hal kimi qiymətləndirib:

"Yazıçılar Birliyinin üzvləri lənətləmiş kəslər deyil ki, parlamentdə oturmasınlar. Azad hüquqi dövlətdə yaşayırıq. Hər bir vətəndaşın deputat seçilmə ixtiyarı var. Yazıçı deputat seçilsə də yaxşıdır. Seçilməsə də bunda çox böyük qəbahət olmaz. Çünki onun yazmaq üçün daha çox vaxtı olacaq”.

Qeyd edək ki, parlamentdə təmsil olunan sonuncu xalq şairləri Zəlimxan Yaqub və Sabir Rüstəmxanlı olub. Buna baxmayaraq hazırki deputatların bəziləri Azərbaycan Yazıçılar Birliyinin üzvləridir. Onlara misal olaraq Nizami Cəfərov, Rafael Hüseynov, Elmira Axundova, Qənirə Paşayeva, Musa Quliyev, Yaqub Mahmudovu göstərmək olar.




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol