• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Cənub” qaz dəhlizi Avropanın ən böyük enerji layihəsidir”

İlham Əliyev: “Cənub” qaz dəhlizi Avropanın ən böyük enerji layihəsidir”
05.11.2015 22:59
"Gürcüstana uğurlu səfərim gələcək dinamik əməkdaşlığımız üçün gözəl bir addımdır”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanda ikigünlük rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bildirib.
 
Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında uğurlu əməkdaşlıq var: "Biz çox istəyirik ki, iki dövlət arasında ticarət dövriyyəsi daha da artsın. Qarşılıqlı maraq kifayət qədər böyükdür. Azərbaycan Gürcüstana böyük miqdarda sərmayə qoyub. Gürcüstan sərmayə qoyuluşu üçün çox cazibədar ölkədir. Ölkədə çox gözəl sərmayə iqlimi yaradılıb. Biz bu gün enerji və nəqliyyat məsələlərinini geniş şəkildə müzakirə etdik və bir daha öz iradəmizi ortaya qoyduq ki, bu məsələlər və layihələr tezliklə öz həllini tapsın. Xüsusilə Cənub Qaz Dəhlizi, bu gün uğurla icra edilir. Bu dəhlizin, həm Gürcüstan, həm Azərbaycan üçün, həm də Avropa üçün böyük böyük iqtisadi və siyasi mənası var. Əminəm ki, 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə Avropaya böyük həcmdə Azərbaycan qazı çatdırılacaq"
 
İ. Əliyev Cənub Qaz Dəhlizi layihəsinin böyük layihə olduğunu vurğulayıb: "Bu dəhliz Avropanın ən böyük enerji layihəsidir. Cənub Qaz Dəhlizinin reallaşmasına ən azı 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Azərbaycanın çox zəngin və böyük qaz ehtiyatları var. Azərbaycanın qaz ehtiyatları 2,6 trilyon kub metr səviyyəsindədir. Bu o deməkdir ki, bundan sonra ən azı 100 il ərzində Azərbaycan həm özünü, həm qonşu ölkələri, həm də  Avropa ölkələrini böyük həcmdə təbii qaz ilə təmin edə biləcək." 
 
Prezident İlham Əliyev çıxışında Gürcüstanla Azərbaycanın birgə fəaliyyətini və gələcəkdə bir mövqedən çıxış edəcəyini qeyd edib: "Bu gün geniş tərkibdəki görüşdə mən məlumat verdim ki, Azərbaycanda tranzit yüklərlə koordinasiya şurası yaradılıb. Biz çox istəyirik ki, Gürcüstan və Azərbaycan yükdaşımalarda bir mövqedən çıxış etsin, biz vahid tarif siyasəti aparaq və ölkələrimizin ərazisindən keçən yüklərin həcmini artıra bilək”.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol