• $
  • €
  • ₽
  • ₺
  • £

31 dekabradək əfv sərəncamı gözlənilir

31 dekabradək əfv sərəncamı gözlənilir
29.05.2020 07:50
"İşlər yekunlaşıb”.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi  Səadət Bənənyarlı parlament seçkilərindən sonra gözlənilən əfv sərəncamı ilə bağlı növbəti açıqlama verib. 

ANN.Az xəbər verir ki, o, Modern.az saytına bildirib ki, işçi qrupu bütün işləri yekunlaşdırıb:

"Parlament seçkilərindən sonra İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclası nəzərdə tutulub. Həmin iclasda bir sıra məsələlər müzakirə olunacaq.

Prezident yanında Əfv Məsələləri Komissiyası da mütəmadi işləyir. Məlum olduğu kimi, əfvin verilməsi birbaşa prezident İlham Əliyevin səlahiyyətindədir. Düşünürəm ki, 31 dekabra qədər əfvlə bağlı sərəncam imzalanacaq”.

Digər hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da əfvlə bağlı gözləntilərini bölüşüb:

"İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu mütəmadi toplaşır, yalnız əfv məsələsi deyil, eyni zamanda ölkədə insan hüquqları ilə bağlı problemlər də müzakirə edilir. Nəticələr barədə müvafiq qurumlara məktublar göndərilir.

Düşünürəm ki, Prezident yanında Əfv Məsələləri Komissiyası da yığışmalıdır. Əfvlə bağlı hələ may ayından müzakirələr aparıb bütün sənədləri həmin komissiyaya təqdim etmişik.

Elə insanlar var ki, onlar özü əfv olunması üçün ərizə yazmasa da, biz xahiş etmişik. Müzakirələr zamanı qərara gəlmişik ki, hər dəfə əfv sərəncamının verilməsi ərəfəsində məhbusların adını çəkməyək. Çünki ailə üzvləri böyük həyəcan keçirir. Bunları nəzərə almaq lazımdır. Biz hər şeyi, yəni bütün mümkün variantları icra etdik. İndi söz prezidentindir”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol