• $
  • €
  • ₽
  • ₺
  • £

“Biz teatrı sevirik” layihəsi daha bir məktəbdə - Fotolar

“Biz teatrı sevirik” layihəsi daha bir məktəbdə - Fotolar
06.11.2015 18:49
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının ən maraqlı layihələrindən biri olan "Biz teatrı sevirik” çərçivəsində daha bir tədbir Xəzər rayonu şəhid Fuad Fərhadoğlu adına 230 saylı tam orta məktəblə birgə həyata keçirilib.  
 
 
Tədbirdə məktəbin müəllim, şagird və valideyn heyəti, eləcə də teatrın tanınmış aktyorları, Xalq Artistləri Tariyel Qasımov, Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar Artistlər Almaz Mustafayeva, Şəfəq Əliyeva, Atabala Səfərov, teatrın redaktoru, Əməkdar Mədəniyyət İşçisi Səriyyə İsmayılova, aktyorlar Elşən Çarhanlı, İlham Əsədov, Müşfiq Əliyev və Eşqin Quliyev iştirak ediblər.
 
 
Giriş sözü ilə çıxış edən məktəbin direktoru Elşən Qafarov hər kəsi salamlayaraq məktəb haqqında tədbir iştirakçılarına məlumat verib. Onun sözlərinə görə teatra, onun sənət adamlarına çox böyük marağı olan məktəbin şagirdləri mütəmadi olaraq Gənc Tamaşaçılar Teatrını ziyarət edərək teatrın repertuarında olan əksər səhnə əsərlərini izləyiblər. Direktor bildirib ki, Gənc Tamaşaçılar Teatrının həyata keçirdiyi "Biz teatrı sevirik”,  "Mən teatr haqqında danışmaq istəyirəm”, "Teatr, təhsil və mənəviyyatımız”, "İlk tələbə bileti, teatrla ilk tanışlığın sevinci”, "Zirvədəki şəxsiyyətlər”, "Şəhidlər ölməz, Vətən bölünməz” layihələri  şagirdlərdə teatra olan marağı daha da artırmaq məqsədi daşıyır və bu olduqca təqdirəlayiq haldır.
 
 
Tədbirin aparıcılığını edən Səriyyə İsmayılova teatrın kollektivinin salamlarını tədbir iştirakçılarına çatdıraraq teatrın aktyorlarını təqdim edib. O,  Ölkə Prezidentinin "Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına müvafiq olaraq teatrın həyata keçirdiyi tədbirlər, Beynəlxalq layihələrdə teatrın iştirakı haqqında ətraflı məlumat verib.
 
 
Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar Artistlər Şəfəq Əliyeva, Almaz Mustafayeva, Atabala Səfərov, aktyorlar Elşən Çarhanlı, Eşqin Quliyevin  çıxışlarından sonra teatrın cari repertuarında olan yazıçı-dramaturq Əli Əmirlinin "Mən səni sevirəm – MSS” tamaşasından bir parça tədbir iştirakçılarına nümayiş etdirilib.
 
 
Tədbir çərçivəsində şagirdlər teatr, teatrın tarixi, cari repertuarda olan tamaşalar haqqında teatrın aktyorlarına suallarını ünvanlayıblar.
 
Məktəbin direktoru çıxış edərək yüksək səviyyəli tədbirin həyata keçirilməsindəki əməyinə görə teatrın əməkdaşlarına və direktor, Əməkdar Artist Mübariz Həmidova  öz dərin minnətdarlığını bildirib.
 
 
S.İsmayılova da tədbirdə iştirak edən hər kəsə təşəkkür edərək, məktəbə «Bura Vətəndir» və «Gültəkin zirvəsi» kitablarını bağışlayıb.  
 
 
Sonda teatrın aktyoru İlham Əsədov şagirdlərin müşaiyəti ilə «Azərbaycan» mahnısını səsləndirilib.
 
 
Məlumat üçün bildirək ki, bundan sonra da  layihə çərçivəsində sözügedən təhsil müəssisəsi ilə teatrın aktyorları, yaradıcı heyəti ilə görüşlər, disputlar, foto-sərgilər, müsabiqələr, tematik gecələr təşkil ediləcək.
 










www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol