• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda uşaqlara qoyulacaq adların siyahısı təsdiqləndi

Azərbaycanda uşaqlara qoyulacaq adların siyahısı təsdiqləndi
07.11.2015 12:29
"Valideynlər uşaqlarına "Tutma”, "Bəy”, "Yaraşıq” kimi adlar qoymaq istəyib”.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycanda uşaqlara qoyulan adların siyahısını təsdiq edib. 

Oxu.Az xəbər verir ki, bu barədə Report-a Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova məlumat verib.

O bildirib ki, adlar siyahısına AMEA-nın Dil Komissiyası baxıb və təsdiqləyib: 

"Siyahı Ədliyyə Nazirliyinə təhvil verilib. Gülüş doğuran, anlaşılmaz adlar siyahıdan çıxarılıb. Hazırda siyahıda gözəl adlar var, ona əsaslanaraq valideynlər övladlarına ad seçimi edə bilərlər. Siyahıdan kənar adların qoyulması qadağan edilə bilməz, çünki xalqın yaradıcılığı sayəsində adlar sistemi daim inkişaf edir. Valideynin özünün yaradıcılıq qabiliyyəti varsa, yeni ad gətirirsə, bunun qarşısı alınmamalıdır”.

Sayalı Sadıqovanın sözlərinə görə, yeni adların qoyulması ilə bağlı Terminologiya Komissiyasına müraciətlər daim daxil olur: 

"Bu yaxınlarda "Alpər” adını övladına qoymaq istəyən valideyn bizə müraciət etmişdi. Bu, türk mənşəli addır, təbii ki, qoyulması münasibdir. "Albas” adının qoyulması ilə bağlı da komissiyaya müraciət daxil olmuşdu.

Komissiya araşdırdı və məlum oldu ki, bu ad "mübariz” mənasını verir və tarixi qəhrəman adıdır. Yəni valideynlər tarixi vərəqləyib dilimizə yeni adlar gətirirsə, bunun əleyhinə çıxa bilmərik. "Beyrək” adı da bu qism adlardandır”.

O, həmçinin qeyd edib ki, körpələrə qoyulan hər bir yeni ad üçün Terminologiya Komissiyasına müraciət olunmur: 

"Qeydiyyat şöbələrinə müraciət olunan adların qoyulmasında mübahisələr varsa, bununla bağlı vətəndaş məhkəməyə müraciət edir. Məhkəmə prosesində komissiyaya müraciət olunur və biz məsələyə münasibətimizi bildiririk”.

Sədr müavininin sözlərinə görə, Terminologiya Komissiyasına "Tutma”, "Bəy”, "Yaraşıq” kimi adların qoyulması ilə bağlı da müraciətlər edilib: 

"Bu nə dərəcədə düzgündür?! Bu qism adlar gələcəkdə uşağın psixologiyasına mənfi təsir edə bilər”.

O, həmçinin bildirib ki, valideynlər övladlarına ad qoyarkən çox diqqətli olmalı və bu işə vicdanla yanaşmalıdırlar: 

"Valideyn özündə məsuliyyət hiss etməlidir və adların ilk növbədə xalqın kimliyini özündə əks etdirdiyini unutmamalıdır”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol