• $
  • €
  • ₽
  • ₺
  • £

Astarada 150-dən çox yaşayış evini su basdı - Fotolar

Astarada 150-dən çox yaşayış evini su basdı - Fotolar
09.11.2015 15:30
"İntensiv yağan güclü yağış nəticəsində Astarada 150-dən çox fərdi yaşayış evinin həyətini su basıb".
 
Bunu "Report"a Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverən Mahmudov deyib. 

A.Mahmudovun sözlərinə görə, son üç gün ərzində rayon ərazisinə aylıq normadan artıq yağıntının düşməsi nəticəsində belə bir vəziyyət yaranıb: "Dağlardan aşağı istiqamətdə axan yağıntı suları şəhərin nisbətən çökək ərazilərində toplanıb. Heydər Əliyev prospekti, Nəriman Nərimanov, Azadlıq küçələri və bu ərazidəki onlarla yaşayış evlərinin sakinləri üçün problemlər yaradıb". 

İcra başçısnın müavini qeyd edib ki, həyətlərə dolan suyun səviyyəsi müxtəlif yerlərdə 40-70 sm arası dəyişir: "Sakinlərə zəruri yardımların göstərilməsi istiqamətində tədbirlər görülür. Mümkün olan ərazilərdə həyətlərdən su nasoslarla kənara vurulur. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri lazımi tədbirlər görürlər".

Nəriman Nərimanov küçəsinin sakinləri isə "Report" hadisə yerində olan əməkdaşına bildiriblər ki, sel İran tərəfindən gəlib. Onlar qeyd ediblər ki, ərazidən keçən çayda suyun səviyyəsi artıb: "Vaxtında sel sularının qarşısını almaq üçün bəndlər qoyulsaydı və ya çayın aşağıya axın istiqaməti qazılsaydı vəziyyət bu həddə çatmazdı".
 





www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol