• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Azərbaycanda investisiya qoyuluşu üçün yaxşı imkanlar var”

İlham Əliyev: “Azərbaycanda investisiya qoyuluşu üçün yaxşı imkanlar var”
10.11.2015 15:40
Azərbaycan prezidenti İlham Əliyev Koreyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, səfir Kim Çanq-gyu fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini dövlət başçısına təqdim edib.
 
Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.
 
Azərbaycanın Koreya ilə dostluq əlaqələrini genişləndirmək niyyətində olduğunu vurğulayan dövlət başçısı ölkələrimiz arasında inşaat və digər ənənəvi sahələrdən başqa əməkdaşlığımızın yeni istiqamətlərinin də mövcud olduğunu deyib. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolunu xüsusi qeyd edib. Qarşılıqlı sərmayə qoyuluşuna toxunan dövlət başçısı Azərbaycanın daha çox sayda Koreya şirkətlərinin ölkəmizdə fəaliyyət göstərməsində maraqlı olduğunu vurğulayaraq investisiya qoyuluşu üçün Azərbaycanda yaxşı imkanların olduğunu deyib. Prezident İlham Əliyev səfirin diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirib.
 
Azərbaycanın yüksək nailiyyətlər əldə etməsində Heydər Əliyevin rolunu xüsusi qeyd edən səfir Kim Çanq-gyu qazanılan uğurlar münasibətilə prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük ehtiramını ifadə edib. O, ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı Koreya və Azərbaycan rəhbərlərinin göstərişlərinin yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.
 
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın sərmayə qoyuluşu, yüksək texnologiyalar, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol