• $
  • €
  • ₽
  • ₺
  • £

Dolların bahalaşması insanlarda gərginlik yaradıb - Ekspert

Dolların bahalaşması insanlarda gərginlik yaradıb - Ekspert
10.11.2015 17:00
 
"Dünyada dollar əsas valyutalara münasibətdə möhkəmlənir. Azərbaycanda da artıq dollar 1,0501 manat həddinə kimi bahalaşıb. İnsanlarda bununla bağlı gərginlik yaranıb və hamı bunu üzən məzənnəyə keçid kimi qiymətləndirir." Bu haqda məlumatı iqtisadçı ekspert Samir Əliyev öz facebook səhifəsində yazıb.
 
ANN.Az xəbər verir ki, iqtisadçı ekspert dolların bahalaşmasını belə şərh edib: "ABŞ iqtisadiyyatı ilə bağlı müsbət statistik məlumatlar həmişəki kimi bu dəfə də dollara əlavə dəstək verdi və dünya valyutası bahalaşmağa başladı. Dolların bahalaşmasını həm də Avropa Mərkəzi Bankının depozit faizlərini azaltmaq və kəmiyyət yumşaldılması proqramını (ayda 60 milyard avro miqdarında pul çapı) artırmaq niyyəti də stimullaşdırdı. Dünyada dollar əsas valyutalara münasibətdə möhkəmlənir. Azərbaycanda da artıq dollar 1,0501 manat həddinə kimi bahalaşıb. İnsanlarda bununla bağlı gərginlik yaranıb və hamı bunu üzən məzənnəyə keçid kimi qiymətləndirir."

İqtisadçının fikrincə, hökumət üzən məzənnəyə keçmək niyyətini elan edib: "Ancaq əvvəlki fikrimizdə qalıram ki, Azərbaycanda yaxın dövrlərdə bu mümkün deyil və hətta məsləhət deyil. Çünki onun fəsadları ağır ola bilər. Uzaqbaşı idarəolunan üzən məzənnə siyasətindən danışmaq olar. Dolların bugünkü bahalaşmasını heç də üzən məzənnəyə keçid kimi qiymətləndirmək olmaz. Əvvala, bunu Mərkəzi Bank əvvəlcədən elan etməlidir. İkincisi, üzən məzənnəyə keçidin baş verməsi manatın əhəmiyyətli ucuzlaşmasına gətirib çıxara bilər."

"Bugünkü ucuzlaşmanı isə sırf texniki hesab etmək olar. Çünki manatın məzənnəsi fiksə olunmuş şəkildə Mərkəzi Bank tərəfindən müəyyən olunur. Devalvasiyadan sonra da dolların manata olan məzənnəsi 1,05 psixoloji həddindən yüksək olub. Sadəcə sonralar Mərkəzi Bank psixoloji bahalaşama siyasəti həyata keçirib və indi onun ağır fəsadlarını yaşayırıq." - deyə ekspert vurğulayıb.

İqtisadçı bugünkü bahalaşmanı yumşaq devalvasiya hesab etmək olmaz olduğunu bildirib: "Nəzərə alaq ki, söhbət hər 100 dollara bir neçə qəpik bahalaşmadan gedir. Ola bilsin Mərkəzi Bank sabah dolları yenidən ucuzlaşdırsın. Yəni bunu yumşaq devalvasiya ilə əlaqələndirmək tezdir."

Ekspert sonda qeyd edib ki, devalvasiyaya gəlincə, onun baş verməsi zaman məsələsidir və hökumətin qərarından asılıdır: "Bu, "üzən məzənnəyə keçid" adı altında da ola bilər, fevral ayında olduğu kimi "valyuta ehtiyatlarını qorumaq və ixracı stimullaşdırmaq" adı altında. Hər bir halda bütün yollar ora aparır."

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol