• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda fəhlələr İcra hakimiyyəti qarşısında aksiya keçirdi – VİDEO

Bakıda fəhlələr İcra hakimiyyəti qarşısında aksiya keçirdi – VİDEO
11.11.2015 10:13
Binəqədi rayonunda Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısına toplaşan bir qrup usta və fəhlə narazılıq edib.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, onların şikayəti isə vaxtilə Binəqədi rayonundakı binaların fasad hissəsində apardıqları təmir-tikinti işlərinin haqqını uzun müddət ala bilməmələri haqdadır. 

Bu müddət isə aylarla davam edib. Nə az, nə çox düz 6 ay. Deyirlər ki, Binəqədi rayonu ərazisində bütün binaların fasadlarını dəyişib, yenisi ilə əvəz ediblər. Bu işin qarşılığında da hər bir kəs müxtəlif məbləğdə maaş alırdı. Ancaq may ayından bu günə kimi heç kəs maaşını ala bilmir.

Onlar müxtəlif vəzifələrdə çalışıblar. Kimisi mühəndis, kimisi iş icraçısı, kimisi də fəhlə. Onların sözlərinə görə, podratçı şirkətin rəhbəri Qaraş Əliyev bütün bu işlərin sifarişçisinin Binəqədi Rayon İcra Hakimiyyəti olduğunu deyib. Sifarişçi qurum da ustaların pulunu ödməyib.

Şikayətçi Cəfər Şərbətov deyir ki, 12 işçinin gördüyü işin müqabilində 5 min manata yaxın alacağı var. 

"Xeyli müddətdir ki, maaş ala bilmirik. Hər dəfə zəng edəndə də - maaşlar bu həftəni ikinci günü veriləcək. İkinci gün olanda isə deyirlər ki, bu həftənin üçüncü günü veriləcək. Mən özüm xəstəyə baxıram. Əgər əziyyət çəkirəmsə, maaş da almalıyam”, - deyə şikayətçi Elçin Mahmudov bildirib.

Problemlə əlaqədər olaraq podratçı şirkətin sahibi Qaraş Əliyeva ilə əlaqə saxlamaq isə mümkün olmadı.

Binqədi rayon icra hakimiyyəti başçısının müavini Aygün Əliyeva isə bildirdi ki, onların qurumu sifarişçi olmayıb. Həmin şikayət edən usta və fəhlələrlə heç bir əlaqələri yoxdur. Podratçı şirkətin rəhbəri rayon icra hakimiyyətininin adından istifadə edir.

Bu zaman podratçı şirkətin sahibi fəhlələrdən birilə görüş təyin edib ki, onun şikayət etmək fikrindən daşındırsın.

Ustlarla söhbəti zamanı, podratçı şirkətinin sahibi Qaraş Əliyev bildirdi ki, sifarişçi Binqədi Rayon İcra Hakimiyyəti deyil. Sadəcə usta və fəhlələrə ayrılan pul ondadır. Soruşanda ki, bəs sifarişçi kimdir, maaşlar nə vaxt qaytarılacaq. 

"Sifarişçi Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyidir. Birlikdən müəyyən məbləğdə pul alanıb, amma pulun bir qismi isə qalır”, – deyə Qaraş Əliyev vurğulayıb.

Bundan başqa qurum sahibi onu da əlavə etdi ki, cəmi 30 işçiyə borclu qalıblar. Bu problemi də tez bir zamanda aradan qaldıracaqlar.



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol