• $
  • €
  • ₽
  • ₺
  • £

“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR

“Yağış göbələyinin macərası” 50-ci dəfə nümayiş olunacaq - FOTOLAR
11.11.2015 23:07

Azərbaycan Dövlət Musiqili Teatrında R. Şəfəq və V. Ziminin "Yağış göbələyinin macərası” adlı iki hissəli musiqili nağıl-tamaşası 50-ci dəfə nümayiş olunacaq.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, balaca tamaşaçılar üçün nəzərdə tutalan tamaşa uzun müddətdir ki, Dövlət Musiqili Teatrının repertuarındadır. Teatrın rus bölməsi tərəfindən hazırlanan bu maraqlı səhnə əsərinin premyerası 17 may 2008-ci ildə keçirilib.
 
Tamaşanın 50-ci nümayişi isə 15 noyabr tarixində saat 12.00-da baş tutacaq. Xeyirlə Şərin mübarizəsindən bəhs edən  "Yağış göbələyinin macərası”nı nəinki kişik yaşlı tamaşaçılar, hətta böyüklər də həmişə maraqla izləyiblər. Tamaşa doğruluğu, dürüstlüyü, qəhrəmanlığı və ən əsası ana təbiətə sevgini, təbiəti qorumağın vacibliyini təbliğ edir. Təbiəti məhv etmək istəyən şər qüvvələr yağışı oğurlayır və beləliklə, xeyirlə şərin mübarizəsi başlayır...
 
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti, "Tərəqqi” medallı Boris Qrafkin, quruluşçu-rəssamı Validə Ümman, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Emin Həsənov, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Rauf Babayev, Marina Litvinenko, Əliməmməd Novruzov, Nadejda Povelitsına, Yuliya Heydərova, Gülnarə Əzizova və başqaları ifa edirlər.
 





www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol