• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirliyin 10-dan artıq vəzifəli şəxsi barədə həbs qətimkan tədbiri seçildi

Nazirliyin 10-dan artıq vəzifəli şəxsi barədə həbs qətimkan tədbiri seçildi
12.11.2015 19:13
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN)  yoxlamalar aparır.
 
APA-nın əldə etdiyi məlumata görə, nazirlikdə həyata keçirilən yoxlamalar nəticəsində ciddi qanun pozuntuları və korrupsiya faktları aşkar edilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət alıb. Mənimsəmələrdə yalnız RYTN rəhbərliyi deyil, MTN "generalları” da yaxından iştirak edib, bu qanunsuz əməllər çox vaxt onların bilavasitə göstərişi ilə həyata keçirilib. Nəticədə vətəndaşlara və dövlət büdcəsinə külli miqdarda ziyan dəyib.
 
Nazirlikdə həyata keçirilən yoxlamalarla əlaqədar əksər sənədləşmə işləri dayandırılıb.
 
Aşkarlanmış korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.
 
Başlanmış cinayət işi üzrə nazirliyin 10-dan çox əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilib.
 
Həbs edilənlər arasında nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, "Aztelekom" İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov var.  
 
Eyni zamanda nazirliyin tikinti ilə bağlı sifarişlərini yerinə yetirən podratçı təşkilatın rəhbəri Namazəli Məmmədov da həbs edilib.
 
Həbs edilənlər Bakı İstintaq Təcridxanasında saxlanılırlar.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Əli Abbasov rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.
 
Hökumətdəki mənbələrdən APA-ya bəlli olub ki, RYTN-nin rəhbərliyindəki bəzi şəxslər də Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərliyinin iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi əməllərinə cəlb ediliblər. RYTN faktiki olaraq MTN-in sabiq rəhbərliyinin hüquqazidd əməllərinin poliqonuna çevrilib.
 
Xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə məmurları sahibkarlara azad şərait yaratmağa, sahibkarlığın inkişafı üçün mühiti liberallaşdırmağa çağırıb.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol