• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyeva Mərdəkanda körpələr evi-uşaq bağçasının açılışında - Fotolar

Mehriban Əliyeva Mərdəkanda körpələr evi-uşaq bağçasının açılışında - Fotolar
12.11.2015 19:17
Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 91 nömrəli körpələr evi-uşaq bağçasının bu gün açılışı olub.
 
"Report" xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Bildirilib ki, burada bütün işlər Heydər Əliyev Fondunun məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramında nəzərdə tutulan tədbirlər çərçivəsində görülüb. Proqramın 2014-cü ilin fevralında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən təqdimatı zamanı bu müəssisələrdə mövcud vəziyyət müzakirə edilib, aparılan monitorinqin nəticələri açıqlanıb, yeni uşaq bağçalarının inşasına ehtiyacın olduğu müəyyənləşdirilib. Mərdəkan qəsəbəsində yenidən qurulan körpələr evi-uşaq bağçası da bu istiqamətdə atılan addımlardan biridir.

1963-cü ildən fəaliyyət göstərən körpələr evi-uşaq bağçasının binası yenidənqurmadan sonra iki mərtəbədən ibarətdir. Əvvəllər bu müəssisədə 75 uşaq təlim-tərbiyə alırdısa, indi 10 qrupdan ibarət bağçada 2-6 yaş arasında 200 uşağa qayğı göstəriləcək. Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Uşaqların zövqünə uyğun qurulan, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün müəssisə rəngbərəng inventarla təchiz edilib. Burada balacaların bacarıq və istedadlarını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradılıb. Uşaqlar xüsusi dərnəklərdə rus və ingilis dillərini də öyrənəcəklər. Körpələr evi-uşaq bağçasının həyətində yaşıllaşdırma işləri aparılıb, əyləncə qurğuları quraşdırılıb.

Xəzər rayonunda görülən işlərə, o cümlədən ən müasir standartlar səviyyəsində qurulan yeni bağçanın inşasına görə dövlət başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya sakinlər adından minnətdarlıq bildirilib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sakinlərə salamlarını çatdırmağı xahiş edib.
 





www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol