• $
  • €
  • ₽
  • ₺
  • £

"ANS TV-nin yayımını bir ay müddətinə dayandıra bilərdik"

"ANS TV-nin yayımını bir ay müddətinə dayandıra bilərdik"
12.11.2015 19:31
Bakı Apellyasiya Məhkəməsində ANS Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə keçirilən prosesdə MTRŞ nümayəndəsi "Salam, Azərbaycan” verilişinin bir ay müddətinə bağlanmasının səbəblərini açıqlayıb.
 
"Report”un xəbərinə görə, MTRŞ-nın hüquq şöbəsinin müdiri Nemət Cavadov bildirib ki, həmin verilişdə reklam müddəti ilə bağlı müvafiq qanunvericiliyin tələbləri pozulub. Bundan başqa, N.Cavadov "Salam, Azərbaycan” proqramının yayımı zamanı "TV-lərdə Nuşirəvan rep oxuyur bayquşa” cümləsi işlədilən mahnının efirə getməsinə də irad bildirib. O, "Salam, Azərbaycan” proqramında digər bir sıra qanun pozuntularının olduğunu da əlavə edib. "Biz ANS TV-nin yayımını bir ay müddətinə dayandıra bilərdik. Bununla bağlı qarşı tərəfi teleqram vurmaqla məlumatlandırmışdıq”, - N.Cavadov bildirib.

Məhkəmədə çıxış edən ANS Yayım və Media Şirkətinin nümayəndələri isə bildirib ki, MTRŞ "Salam, Azərbaycan” proqramının bağlanması barədə qərar qəbul etməsi ilə qanun pozuntusuna yol verib.

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına qarşı qaldırdığı iddia üzrə apellyasiya şikayətinə baxılıb. Məhkəmə ANS-in MTRŞ-ya qarşı iddiasını təmin etməyib.

Xatırladaq ki, MTRŞ bir müddət əvvəl ANS televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramında vətəndaşların Azərbaycan Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulduğunu əsas gətirərək, ANS televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan” proqramının yayımının 6 oktyabr 2015-ci il tarixdən etibarən 10 gün müddətinə dayandırılması barədə qərar qəbul edib. ANS məhkəmədən həmin qərarın ləğv edilməsini istəyib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol