• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yol çökdü - Maşın və yoldan ötən şəxs yarğana düşdü - FOTO

Bakıda yol çökdü - Maşın və yoldan ötən şəxs yarğana düşdü - FOTO
13.11.2015 09:00
Bakının Binəqədi rayonunda yol çöküb.

APA-nın məlumatına görə, hadisə Cəfər Xəndan küçəsində baş verib.

Yol kənarında dayanmış Nissan markalı avtomobil yaranmış yarğana düşüb. Hadisə yerinə xüsusi texnika çağırılıb, avtomobil çıxarılıb.

Bundan başqa, yoldan keçən bir nəfər qaranlıqda yaranmış yarğanı görməyib və o da ora düşüb. Xoşbəxtlikdən həmin şəxs heç bir xəsarət almayıb.

Qeyd edək ki, Cəfər Xəndan küçəsindən yeraltı kanalizasiya xətti keçir. Kanalizasiya xəttində baş verən qəza nəticəsində yol yatağı yuyulub. Bu səbəbdən yolda şökmə baş verib.

Azəryolservis ASC-nin mətbuat katibi Anar Nəcəfli APA-ya bildirib ki, kanalizasiya xəttinin qəza baş vermiş hissəsində təmir işlərinə başlanılıb. Daha sonra isə yolun bərpası istiqamətində işlər aparılacaq. 

Bakı Sukanal idarəsinin rəis müavini Əlizadə Nəsirov isə APA-ya deyib ki, qəzabaş vermiş kanalizasiya xətti 25 ildən artıqdır istismar olunur. Bu səbəbdən 1200 mm-lik xətdə aşınma olub, nəticədə çökmə əmələ gəlib. Əlizadə Nəsirov yarğana avtomobilin və insanın düşdüyünü təsdiqləyib.
 
 




www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol