• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Abbasov akademik adından məhrum edilə bilər

Əli Abbasov akademik adından məhrum edilə bilər
29.05.2020 03:14
Dünən prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov vəzifəsindən azad edilib. İctimaiyyətin məmur kimi tanıdığı sabiq nazir həm də elm xadimi, akademikdir.

Sabiq nazirin işdən azad olunmasının səbəbləri ilə bağlı qeyri-rəsmi versiyalar irəli sürülür. Qeyri-rəsmi mənbələr Əli Abbasovun hətta dövlətə xəyanət maddəsi ilə nəzarətə alınacağını da iddia edirlər. Maraqlıdır, belə olan surətdə akademik Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü kimi saxlanılacaqmı?

2005-ci ildə sabiq səhiyyə naziri olan akademik Əli İnsanov vəzifəsindən azad olunandan sonra dövlətə xəyanət maddəsi ilə  həbs edildi. Bundan sonra isə AMEA-nın Rəyasət Heyəti onu akademiyanın həqiqi üzvlüyündən, akademik adından məhrum etdi.

Əli Abbasov barəsində rəsmi həbs qərarı olmasa da, onun dəmir barmaqlıqlar arasına salına biləcəyi ehtimalını nəzərə alaraq, akademiklə bağlı sözügedən məsələ də gündəmə gətirilə bilər.

AMEA Rəyasət Heyətindən Modern.az saytına bildirilib ki, bu haqda hələlik heç bir söhbət aparılmayıb. Rəyasət Heyətinin növbəti iclasında da bu məsələyə baxılıb-baxılmayacağı hələ bəlli deyil.

Akademik Əli Abbasov 2001-ci ildən etibarən AMEA-nın həqiqi üzvüdür. Moskva, Odessa, Belarus elmi qurumlarının fəxri doktorudur. Keçmiş nazir 1982-1992-ci illərdə AMEA-da müxtəlif vəzifələrdə çalışıb. 2000-2004-cü illərdə Azərbaycan İqtisadiyyat Universitetinin rektoru olub. Hazırda həmin universitetində "İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının müdiridir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol