• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Qurbanlı: Falçılığın ləğvi ilə bağlı qərar layihəsi yoxdur

Mübariz Qurbanlı: Falçılığın ləğvi ilə bağlı qərar layihəsi yoxdur
13.11.2015 17:45
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən falçılığın ləğv olunmasını nəzərdə tutan qərar layihəsi hazırlanmayıb, belə bir söhbət yoxdur. Falçılığın ləğv olunması qərarla həll olunmur”.

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı falçılığın qadağan olunması ilə bağlı yeni qərar layihəsinin hazırlanması barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

Komitə sədrinin sözlərinə görə, falçılıq, yalançı ekstrasenslik, cadugərlik və digər əməllər Cinayət Məcəlləsində dələzduluqla bağlı müddəada öz əksini tapıb.

M.Qurbanlı bildirib ki, komitə yalnız falçılıq, yalançı ekstrasenslik, cadugərlik əməllərinin Cinayət Məcəlləsinin dələduzluq müddəasından çıxarılıb buraya ayrıca bir maddə kimi daxil edilməsi təşəbbüsünü qaldırır: "Bununla bağlı qərar layihəsi yoxdur. Biz sadəcə deyirik ki, falçılıq, yalançı ekstrasenslik, cadugərlik əməlləri dələduzluq müddəasından çıxarılıb ayrı bir maddə kimi həm Cinayət Məcəlləsinə, həm də İnzibatı Xətalar Məcəlləsinə daxil edilsin. Biz təşəbbüs irəli sürmüşük ki, maarifləndirmə aparaq, hüquqi baxımdan da onu dələduzluq müddəasından ayırıb konkretləşdirək. Biz bu təklifi vermişik. Ola bilər ki, Milli Məclisdə bu təklifə deputatlar, hüquqşünaslar baxsınlar. Bu, qanunvericilik qaydasında Milli Məclisdə də hazırlana bilər. Biz də qanunvericilik təşəbbüsü ilə hökumətə belə bir ideya verə bilərik"

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol