• $
  • €
  • ₽
  • ₺
  • £

Seysmoaktiv zonalarda ciddi dəyişikliklər var - NAZİRLİK

Seysmoaktiv zonalarda ciddi dəyişikliklər var - NAZİRLİK
14.11.2015 14:12
Oktyabr ayında Azərbaycan ərazisi və ona qonşu seysmoaktiv zonaların seysmogeodinamik şəraitində ciddi dəyişikliklər müşahidə olunub.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, regional planda respublika ərazisi intensiv sıxılma gərginlik-deformasiya proseslərinin təsiri altında olub. Regionda üç müxtəlif mərkəzli gərginlik-deformasiya strukturu qeyd edilib:  "Şərqi sıxılma strukturu Mərkəzi Xəzər, Abşeron periklinalı və Şamaxı-İsmayıllı seysmoaktiv zonalarını əhatə etməklə yüksək intensivliyə malik olub və regionda yeni geodinamik şəraitin formalaşmasına başlanıb. Şimal gərginlik deformasiya strukturu bilavasitə Xəzər dənizi akvatoriyasında formalaşıb, regional Mahaçqala-Türkmənbaşı aktiv dərinlik tektonik pozulması boyu xəritələnib. Şimal-qərb sıxılma deformasiya strukturu Zaqatala-Şəki zəlzələ ocağı zonalarını əhatə etməklə nisbətən zəif intensivliyə malik olub. Ölkənin qalan əraziləri nisbi stabil geodinamik şəraitə malik olub və demək olar ki, genişlənmə və sıxılma proseslərinin təmas zonasında yerləşib”.
 
Qeyd olunub ki, oktyabr ayı ərzində ölkə ərazisində K>9 energetik sinifli 3 yerli zəlzələ baş verib: "13 oktyabrda Oğuz, 13 oktyabr Xəzər, 26 oktyabrda Tovuz seysmoaktiv zonalarında baş vermiş bu seysmik hadisələr regionda yeni formalaşan geodinamik şəraitlə bağlı olub. Hər üç zəlzələ sıxılma gərginlik-deformasiya prosesləri ilə əlaqədardır. Lokal seysmomonitorinq müşahidələrinə görə xəritələnmiş Girdimançay sıxılma və Qızmeydanı genişlənmə strukturları gərginliyin kritik hədd səviyyəsinə çatmayan şəraiti ilə fərqlənir və burada klassik yerli zəlzələlərin baş vermə ehtimalı mövcuddur”. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol