• $
  • €
  • ₽
  • ₺
  • £

​"G-20" zirvə toplantısından gözləntilər - ŞƏRH

​"G-20" zirvə toplantısından gözləntilər - ŞƏRH
14.11.2015 17:23
Toplantı çərçivəsində ikitərəfli görüşlərin gələcəkdə nəticə verəcəyi güman edilə bilər

İqtisadi cəhətdən güclü dövlətlər bir yerə toplananda dünyanın ciddi problemlərinin həll olunacağına ümid artır.

Noyabrın 15-də Türkiyənin Antalya şəhərində iqtisadi cəhətdən inkişaf edən "Böyük -20"liyin, "G-20"-nin zirvə toplantısı keçiriləcək.

Liderlər terrorçuluğa qarşı mübarizəni, Suriyadakı vəziyyəti, bu ölkədən olan qaçqınların problemlərini, qlobal iqtisadiyyat, məşğulluq, sərmayə qoyulması, qlobal istiləşmə və s. bu sayaq məsələləri müzakirə edəcəklər.

Tədbir noyabrın 15-də yerli vaxtla saat 12-də Antalyanın Belek rayonunda başlayacaq. Zirvə toplantısının qonaqlarını ev sahibi olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayacaq. Qarşılanmadan sonra nahar veriləcək. Türkiyə prezidentinin xanımı Əminə Ərdoğan "G-20" ölkə liderlərinin həyat yoldaşlarına ziyafət verəcək.

Yığıncaqda ABŞ prezidenti Barak Obama, Almaniyanın kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Çin Xalq Respublikasının sədri Si Szinpin, Rusiya prezidenti Vladimir Putin də iştirak edəcək. Fransa prezidenti Fransua Olland Parisdə törədilən terror aktlarına görə G-20 sammitində iştirak etməyəcək, sammitdə Fransanı xarici işlər naziri Loran Fabius və maliyyə naziri Mişel Sapen təmsil edəcək.

Toplantı arası ikitərəfli görüşlərin keçiriləcəyi də istisna edilmir. Hətta Barak Obama ilə Vladimir Putinin də görüşəcəyi ehtimal olunur.

Toplantıda 5 çərçivə sazişinin də imzalanacağı gözlənilir. Sammitin sonunda "Antalya bəyannaməsi" qəbul ediləcək.

Noyabrın 16-da Rəcəb Tayyib Ərdoğan sammitin yekununa həsr edilən mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, zirvə toplantısına ev sahibliyi edən dövlətin bir qonaq ölkə liderini dəvət etmə haqqı var. Rəcəb Tayyib Ərdoğan da Azərbaycan Prezidenti İlham Əliyevi bu sammitə dəvət edib.

Məlumata əsasən, tədbirin ev sahibi Rəcəb Tayyib Ərdoğanın sol tərəfində Barak Obama, sağında isə Çinin dövlət başçısı Si Szinpin oturacaq. Rusiya prezidenti Vladimir Putin və Almaniyanın kansleri Angela Merkel Ərdoğandan aralıda yer alacaqlar.
Yeri gəlmişkən, dünya iqtisadiyyatının 90, ticarətinin isə 80 faizinə bu ölkələr nəzarət edir. Dünya əhalisinin üçdə ikisi "G-20" ölkələrində yaşayır.

Tədbirlə bağlı diqqətçəkən maraqlı məqamlardan biri də qonaqların qalacağı yerdir. Antalyadakı məşhur "Mardan Palace" mehmanxasının bütün otaqları toplantı keçiriləcək üç gün boyunca Səudiyyə Ərəbistanından olan qonaqların ixtiyarında olacaq.
Antalya əyalətində noyabrın 18-dək bütün yığıncaq, yürüş, mitinq və mətbuat konfranslarının keçirilməsi qadağan edilib.

Rəcəb Tayyib Ərdoğan toplantı zamanı müzakirələrdə çətinliklər olacağını istisna etməyib. O deyib ki, müzakirələrin açıq və konstruktiv fikir mübadiləsi şəraitində keçəcəyinə inanır. Türkiyə prezidenti hesab edib ki, problemlərin aşılması baxımından sammit yol göstərici ola bilər.

Türkiyənin baş naziri Əhməd Davudoğlu isə bildirib ki, Suriya və İraqdan olan qaçqınlarla bağlı böhran müzakirə ediləcəyinə görə, bu toplantı çox vacibdir. Onun sözlərinə görə, "G-20" iqtisadi məsələlərə əsaslansa da, bu görüşdə liderlər daha çox siyasi mövzuları müzakirə edəcəklər.

Heç şübhəsiz, Azərbaycan tərəfi də bu kimi toplantılarda işğal altında olan ərazilərinin azad edilməsinə dair sənəd qəbul olunacağını gözləməkdə haqlıdır.

Ancaq baş verənlər fonunda dövlət başçılarının toplantıdakı çıxışlarının yalnız çıxış kimi maraq kəsb edə biləcəyini ehtimal etmək olar. Çünki Yaxın Şərqdəki vəziyyətlə bağlı Qərbin və Rusiyanın mövqelərində heç bir dəyişiklik hələ ki, yoxdur. Ona görə də liderlər bu toplantıda öz dövlətlərinin və müttəfiqlərinin bölgə ilə bağlı maraqlarını bəyan edəcəkləri istisna olunmur.

Tədbirin yekununda suriyalı və iraqlı qaçqınların probleminə dair müəyyən mənada ciddi sənəd qəbul edilə bilər. Ancaq bu sənəd də onların dağılan evlərinə qayıtmasına heç bir yardım etməyəcək.

Beləliklə, dünyanın aparıcı güclərinin davranışına əsasən ehtimal etmək olar ki, bu toplantı da dünyadakı, özəlliklə Yaxın və Orta Şərqdəki problemlərin, münaqişələrin həlli baxımından elə ciddi təsirə malik olmayacaq. Lakin toplantı çərçivəsində ikitərəfli görüşlərin gələcəkdə nəticə verəcəyi güman edilə bilər. Yeganə ümidverici məqam kimi də məhz bunu saymaq mümkündür. (REPORT)

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol