• $
  • €
  • ₽
  • ₺
  • £

Mübariz Qurbanlı: Din siyasi mübarizədə alətə çevrilə bilməz

Mübariz Qurbanlı: Din siyasi mübarizədə alətə çevrilə bilməz
16.11.2015 13:04
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dindən siyasi məqsədlər üçün istifadə etmək istəyən insanlara, qruplara xəbərdarlıqla bağlı müraciət edib.

M.Qurbanlı Trend-ə bildirib ki, kimlərinsə dindən siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərmələrinə imkan verilməyəcək: "Bəzi qruplar dini siyasiləşdirməyə, din adı altında öz siyasi məqsədlərini ortaya qoymağa çalışırlar. Biz bir daha dindən siyasi məqsədlər üçün istifadə etmək istəyən insanları, qrupları xəbərdar edirik. Onlara bildiririk ki, bu, doğru yol deyil və bu cür hərəkətlər onlar üçün xoşagəlməz nəticələr verəcək. Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunlar var. Ona görə də bütün şəxslərimiz - istər dini ayinləri daimi icra edənlər, istər məscidə, istərsə də digər dini məbədlərə gedənlər - onların hamısı bu qanunlara əməl etməlidirlər. Kimlərsə dindən siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərəcəksə, biz buna imkan verməyəcəyik. Cəmiyyət də buna imkan verməməli, media da bunun qarşısında dayanmalıdır”.

M.Qurbanlı deyib ki, əgər kimsə - istər fərd şəklində, istərsə də qrup şəklində siyasi məqsədlərini, siyasi iddialarını ortaya qoymaq istəyirsə, onlar "Siyasi partiyalar haqqında” qanuna müvafiq olaraq, siyasi partiya yaradaq siyasi fəaliyyət göstərməlidirlər.

Komitə sədri qeyd edib ki, din siyasi mübarizədə bir alətə çevrilə bilməz.

Dinin mənəviyyatla, mədəniyyətlə, insanların tarixi, onların adət-ənənələri ilə bağlı olduğunu vurğulayan M.Qurbanlı dinin siyasi məqsədlər üçün istifadəsinin yolverilməz olduğunu deyib: "Azərbaycanda dövlət dindən ayrıdır və din insanların daxili aləmdir, azad seçimidir. Dindən siyasi məqsədlər üçün istifadə cəhdlərinə qarşı kəskin müqavimət göstəririk və göstərəcəyik. Azərbaycanın qanunları, Konstitusiyası, dövlətimizin milli maraqları, ənənələri var. Ölkəmiz hansısa teokratik dini dövlətlərin modelinin buraya daşınmasına imkan verməz. Azərbaycan dünyəvi dövlətdir. Dünyəviliyimizi qorumaq üçün bu cür halların qarşısı qanunların sərtliyi ilə alınacaq. Azərbaycanda din pərdəsi altında öz siyasi iddialarını, məqsədlərini təbliğ etmək istəyənlərin cəhdlərinin qarşısı alınacaq”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol