• $
  • €
  • ₽
  • ₺
  • £

“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar

“Ər və arvad” tamaşası 50-ci dəfə nümayiş olunacaq - Fotolar
16.11.2015 13:59

Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin "Ər və arvad” iki hissəli musiqili komediyası yeni quruluşda 50-ci dəfə nümayiş olunacaq.
 
ANN.Az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, uzun müddətdir teatrın repertuarında olan tamaşanın yeni quruluşdakı 50-ci nümayişi 21 noyabr tarixində saat 19.00-da baş tutacaq. Ümumiyyətlə, Azərbaycan Dövlət Musiqili Teatrının əsası məhz   "Ər və arvad” tamaşası ilə qoyulub. Bu əlamətdar hadisə ötən əsrdə - 1910-cu il 24 may tarixində baş verib. Həmin vaxt bu ölməz səhnə əsərinin quruluşçu-rejissoru Hüseyn Ərəblinski olub. Elə həmin il ikinci dəfə səhnələşdirilən tamaşa Hüseynqulu Sarabskinin quruluşunda 7 oktyabr tarixində tamaşaçılara təqdim olunub. 1939-cu il 8 mart tarixində rejissor Həsən Əliyevin quruluşunda yenidən bu möhtəşəm əsər nümayiş edilib. Şəmsi Bədəlbəylinin quruluş verdiyi "Ər və arvad”ın premyerası isə 1941-ci il  15 sentyabr tarixində keçirilib. Bu əbədiyaşar əsər iki dəfə isə (1997, 2010) rejissor Yusif Əkbərov tərəfindən səhnələşdirilib. Y. Əkbərovun ikinci – hazırki quruluşunda premyerası 16 oktyabr 2010- cu il tarixində keçirilən tamaşa dahi Üzeyir Hacıbəylinin 125 və Azərbaycan Dövlət Musiqili Teatrının 100 illik yubileylərinə həsr olunub.
 
Qeyd dək ki, tamaşanın quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, drijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi Əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur. Tamaşada rolları Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artist Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Gülcahan Salamova,  Ağaxan Şərifov, Elxan İsmayılov və Fərid Rzayev ifa edirlər.
 



www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol