• $
  • €
  • ₽
  • ₺
  • £

1 ay ərzində "MTN işi" adı altında həbs olunanlar - SİYAHI

1 ay ərzində "MTN işi" adı altında həbs olunanlar - SİYAHI
16.11.2015 15:12
Ötən həftənin sonuncu günü - noyabrın 15-də "MTN işi" adı altında daha bir həbs hadisəsi reallaşdı. Səbail Rayon Məhkəməsi nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və  311-ci maddələri ilə təqsirli bilinərək şübhəli şəxs qismində saxlanılıb. 

Son günlər xeyli MTN əməkdaşı vəzifəsindən kənarlaşdırılıb, bəziləri həbs olunub. Onların da əksəriyyəti general-mayor rütbəsi daşıyırdı.

Qeyd edək ki, "MTN işi" adı ilə hallanan cinayət işi prezident İlham Əliyevin nazir Eldar Mahmudovu vəzifəsindən azad etdikdən sonra başlayıb. Sərəncam oktyabrın 17-də imzalanıb. 

ANN.Az son 1 ay ərzində MTN-dən uzaqlaşdırılan və həbs olunan əməkdaşların siyahısını təqdim edirik:


1) MTN-in Monitorinq Mərkəzinin rəisi general - mayor Teymur Quliyev - (həbs olunub), 

2) Nazirliyinin antiterror mərkəzinin rəis müavini İlqar Quliyev - (həbs olunub),

3) MTN-in birinci nazir müavini, general-leytenant Hilal Əsədov - (həbs olunub), 

4) MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov - (həbs olunub), 

5) MTN-in aparat rəhbəri general - mayor Fərhad Vahabov - (həbs olunub),

6) Nazirliyin əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova - (həbs olunub), 

7) Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev - (həbs olunub),
 
 
8) Nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Fərhad Atayev - (həbs olunub),

9)MTN-nin Baş Əks Kəşfiyyat İdarəsinin şöbə rəisi polkovnik Mirəziz Əsgərov - (həbs olunub).

11) MTN-nin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov - (vəzifədən uzaqlaşdırılıb), 

12) Baş İdarə rəisi, general-mayor Tarverdi Məmmədov - (vəzifədən uzaqlaşdırılıb), 

13) Baş İdarə rəisi, general-mayor Pərviz Səfərov - (vəzifədən uzaqlaşdırılıb),

14) Hərbi Hissə komandiri, general-mayor Vüqar Allahquliyev - (vəzifədən uzaqlaşdırılıb), 

15) MTN-nin Hava Limanı İdarəsinin rəisi, polkovnik Pərviz Vəliyev - (vəzifədən uzaqlaşdırılıb), 

16) Nazirliyin Kadrlar İdarəsinin rəis müavini, polkovnik Tehran Babatov - (vəzifədən uzaqlaşdırılıb),

17) MTN-in Xətai rayon şöbəsinin rəisi Rafiq Hümbətov - (vəzifədən uzaqlaşdırılıb),

18) Milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev - (vəzifədən uzaqlaşdırılıb),

19) MTN-in Nərimanov rayon şöbəsinin rəisi - (vəzifədən uzaqlaşdırılıb),

20) Pirallahı rayon şöbələsinin rəisi - (vəzifədən uzaqlaşdırılıb),

21)  MTN-nin Antiterror Mərkəzinin idarə rəsinin müavini, polkovnik Nail Tağızadə - (vəzifədən uzaqlaşdırılıb),

22) Kadrlar Baş İdarəsinin yüksək rütbəli əməkdaşı Aysel Əlizadə - (vəzifədən uzaqlaşdırılıb),

23) Nazirliyin Astara rayon şöbəsinin rəisi - (vəzifədən uzaqlaşdırılıb),

24) Masallı  rayon şöbələsinin rəisi - (vəzifədən uzaqlaşdırılıb),

Nazirin son sərəncamlarından biri Rabitə və Yüksək Texnolgiyalar naziri Əli Abbasovun vəzifəsindən azad olunmasına aiddir. Onun nazir postundan kənarlaşdırılmasından sonra Bakı Telefon Rabitə İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov və nazirliyin aparat rəhbəri Vidadi Zeynalovda həbs edilib. Amma rəsmi açıqlamalara görə, son iki nəfərin həbsinin "MTN işi"nə aidiyyatı yoxdur.

Orxan Aslanlı
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol