• $
  • €
  • ₽
  • ₺
  • £

İşdən qovulan nazirlər nə qədər pensiya alır?

İşdən qovulan nazirlər nə qədər pensiya alır?
16.11.2015 17:20
Sərəncama görə nazirlər - 1500 manat maaş alır.

Son günlər Azərbaycanda ciddi kadr dəyişiklikləri həyata keçirilir. 

ANN.Az  AzVision.az-a istinadən xəbər verir ki, aparılan köklü islahatlar zamanı iki nazir, bir neçə nazir müavini və onlarla dövlət məmuru tutduğu vəzifədən azad edilib.

Ümumilikdə isə son 10 ildə Azərbaycanda 10-dan çox nazir prezidentin sərəncamı ilə işdən çıxarılıb.

Maraqlıdır, işdən çıxarılan nazirlər nə qədər pensiya alırlar?

Hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, nazir postundan kənarlaşdırılan şəxslərə dövlət tərəfindən xüsusi kompensasiya verilmir. 

Hüquqşünasın sözlərinə görə, nazir vəzifəsi təyinatlı post olduğundan qanunda kompensasiya nəzərdə tutulmur:

"Milli Məclisə seçkilər səsvermə yolu ilə keçirildiyindən millət vəkillərinə belə bir güzəşt tətbiq olunur. Növbəti dəfə deputat seçilməyən millət vəkili bir il müddətində iş tapmadıqda, ona deputatlıq maaşının 80%-i qədərində kompensassiya verilir. Amma nazir postunu itirirsə, ona heç bir kompensassiya verilmir”. 

Ə.Nuriyev qeyd edib ki, vaxtilə nazir işləmiş şəxslər pensiya alarkən onun aldığı maaş deyil, iş müddəti nəzərə alınır:

"Hətta nazir barəsində cinayət işi açılırsa, bu, onun təqaüdünə heç bir təsir etmir. Yəni vaxtilə nazir işləmiş və vəzifədən azad olunan, eləcə də barəsində cinayət işi açılan eks-nazirin əmək kitabçasında nazir fəaliyyəti qeyd olunur və bu, onun aldığı təqaüdə təsir göstərmir”.

Hüquqşünasın sözlərinə görə, xüsusi rütbə və fəxri adları olan məmurların bu təltifləri yalnız məhkəmənin qərarı ilə alına bilər.

Qeyd edək ki, dövlət orqanlarının rəhbər işçilərinin vəzifə maaşlarının məbləği "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 348 saylı, 10 avqust 2004-cü il tarixli sərəncamı ilə tənzimlənir. 

Sərəncama görə, baş nazir 1925, baş nazirin birinci müavini1700, baş nazirin müavini 1625, nazirlər - 1500 manat maaş alır. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol