• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi fəlsəfə doktorları elmlər doktoru olmağa maraq göstərmir

Bəzi fəlsəfə doktorları elmlər doktoru olmağa maraq göstərmir
18.11.2015 09:48
"Təcrübə onu göstərir ki, elmlə məşğul olanların böyük əksəriyyəti fəlsəfə doktoru elmi dərəcəsini aldıqdan sonra elmlər doktoru dərəcəsini almağa maraq göstərmirlər”.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov deyib.

Onun sözlərinə görə, fəlsəfə doktoru elmi dərəcəsini alanların çoxu ya pedaqoji fəaliyyətlə, ya da başqa sferada fəaliyyət göstərməyə üstünlük verirlər: "Biz isə maraqlıyıq ki, elmlər doktoru pilləsinə sənəd verənlərin sayı çoxalsın. Gənclər fəlsəfə doktoru elmi dərəcəsini aldıqdan sonra pedaqoji və başqa sferaya keçməkdənsə, elmlər doktoru proqramı üzrə təhsillərini davam etdirsələr yaxşı olar. Bu, yüksək səviyyəli mütəxəssislər hazırlanmasına imkan yaradar".

Ə.Sadıqov deyib ki, bütövlükdə AMEA-da aparılan islahatlar elmlər doktoru proqramı üzrə təhsil alan gənclərin sayının artırılmasına yönəlib.

İdarə rəisinin sözlərinə görə, elmi-tədqiqat işlərinin məqsədli şəkildə, qrant formasında maliyyələşdirilməsi də buna xidmət edir: "Əgər bu gün elmlər doktoru pilləsində tədqiqat işi aparan şəxsin mövzusu aktualdırsa, tətbiqi əhəmiyyəti varsa, o, bizdən mütləq qrantlar ala bilər. Hazırda 40-a yaxın proqram əlavə olaraq, maliyyələşdirilir. Bu, növbəti ildə də davam etdiriləcək”.

Ə.Saqıdov bildirib ki, dünya təcrübəsindən çıxış edərək elm sahəsində əlavə maliyyələşdirmə mənbələri formalaşdırılmalıdır: "İddiaçılar həmin mənbələrdən maliyyə vəsaiti cəlb etməklə tədqiqat işi apara bilərlər. Bu mənbələri əldə etmək, qazanmaq isə iddiaçının özündən asılıdır. İddiaçı özü mövzusunun aktuallığını sübut edib müsabiqədə qalib gələrək layihəsini maliyyələşdirməlidir. Bizdən isə AMEA və ya dövlət olaraq, bu sahədə müəyyən islahatlar aparmaq, məqsədli maliyyələşdirmə üçün hüquqi baza, fondlar yaratmaq tələb olunur. Artıq Dövlət Neft Şirkətinin Elm Fondu yaradılıb və o, 3 müsabiqə keçirib. Orada da neft sahəsi üçün əhəmiyyət kəsb edən layihələr maliyyələşdirilir”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol