• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkarlığın fəaliyyəti ilə bağlı yeni standartlar yaranacaqmı? - AÇIQLAMA

Sahibkarlığın fəaliyyəti ilə bağlı yeni standartlar yaranacaqmı? - AÇIQLAMA
18.11.2015 16:54


"Standartlaşdırma komitəsinin nəzarət xidmətinə müvafiq tapşırıqlar verilib"

Bu sözləri Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov "Caspian European Club"un rəhbərliyi ilə "Boulevard Hotel Baku"da keçirilən biznes-forumda jurnalistlərə açıqlamasında deyib.

Komitə sədrinin sözlərinə görə, yoxlamaların hamısı prezidentin fərmanından sonra dayandırılıb: "Sadəcə indi müəyyən mexanizm var və bu mexanizmin üzərində işləmək lazımdır. Hazırda da onun üstündə çalışırıq. Müvafiq hazır olan sənədi hökumətə təqdim edəcəyik. Hər bir sivil ölkədə nəzarət qaydaları var. Bizdə də həmçinin olmalıdır. Çox təəssüflər olsun ki, əvvəllər bizdə nəzarət əksər vaxt başqa formada həyata keçirilirdi. Ona görə də hazırda biz bu mexanizmin üzərində işləyirik".

Ramiz Həsənov daha sonra bildirib ki, dövlət nəzarət xidmətinə müvafiq tapşırıq verilib: "Bazarda monitorinq aparırıq. Yəni müəssisəyə getmədən müəssisənin istehsal etdiyi məhsulu alırıq, laboratoriyada onu yoxlayırıq. Nəsə aşkarlanarsa, müəssisəyə müvafiq tələbnamələr göndəririk".

"Komitədə heç bir şöbənin ixtisarı nəzərdə tutulmayıb"

Komitə sədrinin sözlərinə görə, komitənin özü, aparatı bazarda monitorinqləri davam etdirir: "Komitənin struktur və xidmətləri var ki, onlar bu işlərlə məşğul olur. Bazarda monitorinqlərimizi davam etdiririk. Bazarda idxal məhsulu ilə bağlı gömrük komitəsinə məktub yazırıq ki, keyfiyyətsiz məhsulla bağlı idxalı dayandırsın. Daxili istehsaldırsa, müəssisənin rəhbərliyinə məktub yazıb, belə bir problemlərinin olduğunu deyib, müəyyən bir vaxt içərisində aradan qaldırılmasını tələb edirik. Əgər etməsələr, müəyyən cərimə sanksiyaları tətbiq edirik. Yəni müəssisənin özünə girməyib kənardan monitorinq aparırıq".

Komitə sədri daha sonra əlavə edib ki, özü şəxsən planlı yoxlamaların əleyhinədir: "Müəəssisəyə getməyə heç bir ehtiyac yoxdur. Sadəcə kənardan monitorinq aparıb keyfiyyətsiz malları müəyyən edirik. Hər il müəyyən standartlar qəbul olunur. Standartları komitənin özü hazırlamır. Müəyyən ictimai təşkilatlar, xidmətlər yeni standartlara baxırlar və müəyyən standartları təklif edirlər ki, bu standarlar qəbul olunsun. Biz də onun eskpertizasını aparıb qəbul edirik. Daha sonra dövlət reyesterinə qəbul edirik. Bu il ərzində 150-yə qədər, bəlkə də biraz çox standart qəbul etmişik. Bundan başqa, Dövlət Neft Şirkətinin sifarişi ilə Standartlaşdırma institumuz neft sahəsində 140 standart qəbul edib bazaya təqdim edib. Neft şirkəti də bundan istifadə edir. Neft Kimya  kompleksində bu standartlar tətbiq olunacaq. Standart fondumuzda 900 milli, 20,000-ə  yaxın beynəlxalq standartlar var. Yeni texniki komitələrin yaradılması gözləniləndir. Bu proses mütəmadi olaraq gedir. Yeni texniki komitələr kənd təsərrüfatı sahəsində, alternativ və enerjilərin bərpası sahəsində yaranacaq. Sahibkarlığın fəaliyyəti ilə bağlı yeni standartın yaranması gözlənilmir".

Orxan Aslanlı

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol