Devalvasiya və məhəbbət...

Həmid Həmidov
- Yəqin, o doğurdan da evlidir – Məmmədə yazdığı 20 mesajdan cavab ala bilməyən ukraynalı Viktoriya fikirləşdi – Amma axı and içirdi ki, Yeni ildə gələcək.
- Sağ olmamış devalvasiya – Viktoriyanın "Odnoklassniki”də yazdığı növbəti mesajına cavab tapa bilməyən Mamed qüssəylə ah çəkib fikirləşdi...
Bugünlərdə yanımda yuxarıdakına bənzər bir hadisədən danışanda, beynimdə bu lətifə canlandı, ona görə də cəsarətlə demək olar ki, o, real hadisələr əsasında yaranıb.
Kimlər ki, devalvasiyanın təkcə Azərbaycana və azərbaycanlılara dəxli olduğunu deyir, yumşaq desək, haqlı deyil.
Minlərlə və minlərlə azərbaycanlı-ukraynalı qəlbi tənhalıqda əziyyət çəkir, qovuşub xoşbəxt olmaq üçün imkan tapa bilmirlər.
Manatın devalvasiyasından Gürcüstan turizmi, Milan, Dubay butikləri, İstanbulun balıq restoranları və Amsterdamın məşhur pirojna satıcıları ciddi mənada əziyyət çəkirlər.
Xəbəriniz varmı kontraseptiv istehsalçıları nə qədər gəlir itirirlər, hə? Bizimkilər Gürcüstana, Ukraynaya getmirlərsə, deməli, bunların satışı əhəmiyyətli dərəcədə düşür. Satış aşağı düşürsə, deməli, istehsalat da aşağı düşür. Beləliklə, tutalım ki, hansısa uzaq Vyetnamda prezertativ istehsalıyla məşğul olan zavodun işçilərini ixtisara salırlar... Sizsə deyirsiz, Azərbaycandakı hadisələrin dünyaya dəxli yoxdur. Elə dəxli var!
Bizim insanımız ümumiyyətlə belədir. O özünü o qədər də düşünmür. Qiymətləndirmir. Həmçinin özünün dünya iqtisadiyyatında oynadığı rolu da dərk etmir. Amma indi dəyişliklik zamanıdır... Bəli, əgər bizim xeyirxahlığımız olmasa, İranın kartof istehsalçılar nə yeyərdilər. Axı məhz qardaş millətin xeyri üçün biz kartof əkməkdən imtina eləmişik.
Əgər bizim ürəyiyumşaqlığımız olmasaydı, qazax fermeri indi taxıl əvəzinə, nə əkərdi, bəs dağıstanlı qoyun saxlayan? Biz özümüz də özümüzü unla təmin edə, qoyun saxlaya bilərdik, ancaq qonşu qardaş ölkələri düşündüyümüzdən etməmişik.
Xəbəriniz varmı ki, enerji içkiləri istehsalçıları gündə nə qədər azərbaycanlı kişilərin mədəsinə görə Tanrıya dua edirlər?
Yeri gəlmişkən, Allah barədə.
- İnsanlara yazığım gəlir, - Allah yuxarıdan aşağı baxaraq düşündü.
- Ancaq mənim daha çox özümə yazığım gəlir, - o bir daha düşündü və Alek Rikmanı öz yanına apardı.
Hamıya, xoş cümə, dostlar!
P.S. Yuxarıdakı mətnin məğzi hansısa xüsusi məna kəsb etmir, ancaq son dövlər ölkədə yaranan sosial-iqtisadi şəraiti nəzərə alıb, həftənin sonuncu iş gününü rəngləndirməyə xidmət edir.
www.ann.az
























