• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika Neftçala sakinlərini içməli su ilə təmin edib

Bank Respublika Neftçala sakinlərini içməli su ilə təmin edib
07.08.2020 17:03
Məlum olduğu kimi, Kür çayında suyun azalması və Xəzər dənizinin suyunun çaya qarışması çaydakı suyun keyfiyyətinə təsir edib və onu içməyə yararsız vəziyyətə gətirib. Rayon mərkəzi də daxil olmaqla kənd və qəsəbələrdə əhalinin içməli su ilə təminatı çətinləşib.

Prezident İlham Əliyevin göstərişinə əsasən, yeni magistral su xəttinin tikintisinə başlanılıb və cari ilin sonuna qədər başa çatdırılacağı gözlənilir. Hal-hazırda isə, rayonun içməli suya olan tələbatı maşınlarla daşının su hesabına təmin olunur.

Bununla bağlı, ölkənin aparıcı banklarından biri olan "Bank Respublika" ASC alqışlanacaq təşəbbüsə imza atıb.

Belə ki, Bank, Salyan şəhərindən Neftçalaya su maşınları vasitəsilə gündəlik içməli suyun daşınmasına start verib. Su maşınları hər gün Neftçala şəhəri daxil olmaqla, rayonun kənd və qəsəbələrinə hərəkət edərək, sakinlərə içməli su  təminatı istiqamətində dəstək olacaq.

Neftçala Rayon İcra Hakimiyyəti başçısının yanında Operativ Qərargahın dəstəyi keçirilən aksiya mütəmadi olaraq davam etdiriləcək.

Qeyd edilib ki, bu təşəbbüs ölkənin iri özəl təşkilatları arasında ilk olaraq "Bank Respublika" tərəfindən irəli sürülüb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol