• $
  • €
  • ₽
  • ₺
  • £

Qaradağda dəfn olunan şəhidlərlə bağlı icra başçısından - Açıqlama

Qaradağda dəfn olunan şəhidlərlə bağlı icra başçısından - Açıqlama
27.01.2021 12:33
Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda müharibədə həlak olan şəhidlərin valideynləri övladlarının qəbir yerinin dəyişdirilməsini tələb edirlər.

Bakının Yasamal və Nəsimi rayonundan olan, şəhidlərin Qaradağ rayonu ərazisində dəfn olunmasına etiraz edən valideynlər dəfn yerinin ikinci Fəxri xiyabana köçürülməsini istəyirlər. Onlar dünən sinə daşlarını qaldıraraq qəbirləri su basdığını göstəriblər.

Anews.az xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a danışan Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, şəhidlərin dəfn edildiyi yer ərazicə Qaradağa məxsus olsa da, tabeliyi Bakı şəhər rəhbərliyinədir:

"Ora əvvəl Müdafiə Nazirliyində idi, müharibə veteranlarını basdırırdılar. İndi də Yasamal və Nəsimi rayonlarından olan şəhidləri basdırıblar. Bizim bu məsələdə heç bir iştirakımız yoxdur. Yəqin ki, Müdafiə Nazirliyi qərar verib”.

İcra başçısı ərazidə qrunt sularının toplanması barədə məsələyə münasibət bildirib: "Əvvəllər orada qrunt sularının üzə çıxması halı müşahidə olunmayıb. Dəfn üçün başqa bir yer təklif olunması bizim səlahiyyətimizdə olan məsələ deyil. Bu barədə qərarı Müdafiə Nazirliyi verməlidir”.

Qeyd edək ki, bir neçə gün əvvəl məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı "Qafqazinfo”ya bildirib ki, şəhid anaları qəbul edilib və onların problemi dinlənilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol