• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərlə azərbaycanlılar arasında alver gedir

Ermənilərlə azərbaycanlılar arasında alver gedir
08.02.2021 14:45
Azadlıq radiosu Ermənistanda dolaşan qəribə şayiələrdən yazır

Qorxu və nifrətə baxmayaraq Ermənistan-Azərbaycan sərhədində alver gedir. "Radio Free Europe”nin hazırladığı geniş məqalədə bu mövzudan bəhs olunur.

Məqalədə deyilir ki, Lusine Aleksanyanın Sünikdə (Zəngəzur mahalı) mağazası var. O, çörək, pendir, şirə, siqaret, alkoqol kimi şeylər satır.
Lusine xanım mağazasından baxanda müxtəlif yerlərə sancılmış Ermənistan, Azərbaycan və Rusiya bayraqlarını görür. Rusiya sülhməramlıları gəlib ondan bazarlıq edirlər. Hələki azərbaycanlı hərbçilər ondan bir şey almayıb. Ancaq Lusine xanım onlarla alver etməyə hazırdır: "Niyə olmasın ki? Mən dükançıyam. Erməni, azərbaycanlı və ya gürcü olsun, mənim üçün nə fərqi var ki?"
Lakin xanımının bu "bəyanat”ını eşidən Harutyun Qazaryan hiddətlənir: "Əgər azərbaycanlılar buraya gələrsə, mən onları vurub öldürəcəyəm ...elə səni də öldürəcəm”.

Mağazanı işlədən xanım deyir: "Sünikdə 80 nəfərin azərbaycanlılarla barter alveri etdiyi barədə şayiələr dolaşır. Ancaq mən belə şeylərə inanmıram. İndi biz azərbaycanlılarla alış-veriş edə bilmərik. Hələ emosiyaların aşıb-daşan vaxtıdır”.

Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis olan Tomas de Vaal bu məsələyə münasibət bildirib: " Bu bölgədən xəbərdar olan hər kəs bilir ki, ermənilər və azərbaycanlılar bir-biri ilə, xüsusən qonşu Gürcüstanda uzun müddətdir ki, mal mübadiləsi edirlər. Bu xalqlar arasında ticarət ənənəsinin kökü dərindir".

"Gürcüstanda Sadaxlı bazarı çiçəklənən zaman oranı ziyarət etdim. Bazarda gürcü yox idi. Yalnız ermənilər və azərbaycanlılar öz aralarında alver edirdilər. Bu yaxınlarda Rustavidə ermənilər və azərbaycanlılar arasında istifadə olunmuş avtomobillərin ticarəti ilə bağlı xəbərlər eşitdim. Heç təəccüblənmədim də”.

Tomas de Vall vurğulayır ki, müharibədən dolayı ermənilərlə azərbaycanlılar arasında ticarətin inkişaf etməsi hazırda çox çətindir. Ancaq bu, hər iki tərəf üçün faydalıdır.

Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri və ABŞ-ın Azərbaycandakı səfiri olmuş Metyu Brayza da məsələyə münasibət bildirib. Hazırda İstanbulda yaşayan və Türkiyənin "Turcas Petrol” şirkətində çalışan sabiq diplomat deyib ki, Qarabağ ətrafındakı ərazilərlə bağlı problem həll olunub. Daha Ermənistanın Türkiyə və Azərbaycanla ticarət etməsinin qarşısını kəsən elə bir maneə qalmayıb: "Ticarət bölgədə sülhü, rifahı və sabitliyi bərpa edə bilər".

Məqalədə deyilir ki, Dünya Bankının hesablamasına görə, Türkiyə və Azərbaycan tərəfindən blokadanın qaldırılması Ermənistanın ixracatını iki dəfə artıracaq: "Əldə olunmuş sülhün faydaları Ermənistan üçün xüsusilə yüksəkdir".

Elbəyi Həsənli, Sürix
Fear And Loathing Vs. Trade Across The Armenian-Azerbaijani Border (rferl.org)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol