• $
  • €
  • ₽
  • ₺
  • £

Pakistanın Baş Qərargah rəisindən Qarabağla bağlı açıqlama

Pakistanın Baş Qərargah rəisindən Qarabağla bağlı açıqlama
10.02.2021 14:22
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Raza ilə görüşüb.

Bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib.

Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Raza Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbənin, torpaqların işğaldan azad olunmasının Pakistanda da rəğbətlə qarşılandığını vurğulayaraq bu münasibətlə səfirə təbriklərini çatdırıb, Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini bildirib. General, iki ölkə arasındakı olan qardaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edərək, Azərbaycan Silahlı Qüvvələri ilə təcrübə mübadiləsi, birgə təlimlərin keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, hərbi, hərbi-təhsil və hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi və daha da möhkəmlənməsinə Pakistan Silahlı Qüvvələrinin önəm verdiyini və bu istiqamətdə səylərin daha da artırılacağını bildirib.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə, Ermənistanın Azərbaycana qarşı son təxribatları və 10 noyabr 2020-ci il tarixli birgə bəyanatdan sonra bölgədə mövcud olan cari vəziyyət haqqında məlumat verib. Azərbaycan və Pakistanın möhkəm təməllər üzərində qurulan və iki qardaş xalqın iradəsini əks etdirən dostluq və əməkdaşlıq münasibətlərinə malik olduqlarını bildirən səfir Əli Əlizadə, bu münasibətlərin ən əhəmiyyətli sahələrindən olan müdafiə, təhlükəsizlik və hərbi sahələrdə də ölkələrimizin strateji tərəfdaşlığa malik olduğunu vurğulayıb və hər iki ölkənin rəhbərliyinin səyləri və müsbət yanaşmaları nəticəsində qeyd olunan sahələrdə də mütəmadi yüksəlişin müşahidə edildiyini qeyd edib. Pakistanın Vətən Müharibəsi dövründə də Azərbaycanın yanında dayanaraq ölkəmizin haqlı mövqeyini dəstəkləməsinin böyük məmnunluqla qarşılandığını vurğulayan səfir Əli Əlizadə, göstərilən bu mənəvi və siyasi dəstəyə görə Pakistan xalqına və Hökümətinə, eləcə də Pakistan Silahlı Qüvvələrinə təşəkkürlərini çatdırıb.

Görüşdə, regionda sülh və sabitliyin təmin olunmasında Pakistan və Azərbaycanın göstərdiyi səylər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol