• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarov: "Orta sahibkarların əl-qolu tam açılmalıdır"

Mikayıl Cabbarov: "Orta sahibkarların əl-qolu tam açılmalıdır"
12.02.2021 12:02
"Qarşımızda bir sıra milli prioritet müəyyən edilib və mən onları sadalamq istərdim. Birincisi dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, ikincisi dinamik inkluziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması, üçüncüsü işğaldan azad olunmuş ərazilərdə böyük qayıdışa nail olmaq, dördüncüsü Azərbaycanın rəqabətli və insan kapitallı innovasiyalar məkanına çevrilməsi, beşincisi təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməkdir. Həmin proiritetlərin reallaşdırılması, ölkənin iqtisadi gücünün artırılması, davamlı və yüksək iqtisadi artımın, milli iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, rəqabətli insan kapitalının, vətəndaş institutlarının mövcud olması Azərbaycanın təkcə regionun deyil, inkişafda olan ölkələrin daha yuxarı sıralarında olması kimi hədəflərə nail olunmasına xidmət edəcək”.

Bunu "Postpandemiya dövründə vergi sistemi” konfransında çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, tarixi qələbəmiz iqtisadi inkişaf planlarına yenidən baxmaq və bu inkişafı Qarabağda da tətbiq etmək imkanı yaradıb: "İlk növbədə dayanıqlı iqtisadi inkişafı hədəfləyirik. Çalışacağıq ki, post-pandemiya dövründə, qısa müddət ərzində sahibkarlıq subyektlərinin gəlirlərinin ilkin səviyəsi və istehlak fəallığı bərpa edilsin. Bu addımlar həmçinin yeni iş yerlərinin yaradılmasına təkan verməlidir. İkinci mühüm məqam biznesin və investisiyaların canlandırılmasına, qeyri-neft-qaz sektorunun sürətli artımına nail olmaqdır. Bu sahədə qeyri-neft məhsullarının daha da stimullaşdırılması özəl investisiya qoyuluşunun təşviq edilməsi əsas prioritetlərdən olacaq.

Üçüncü biznes mühiti daha da yaxşılaşdırılmalı, xüsusilə orta sahibkarların imkanları daha da genişlənməlidir. Belə demək olarsa, əl-qolu tam açılmalıdır. Kiçik və orta biznesin ÜDM-in formalaşmasında dominant mövqeyinə nail olunması nəzərdə tutulur. KOB-ların dövlət satınalmalarında iştirakı təşviq edilməli, onlar dövlət sifarişlərinə daha çox cəlb edilməlidir. Haqsız rəqabətə yol açan hallara son qoyulmalıdır. Bunun üçün institutsional islahatlar və yeni qanunvericilik təşəbbüsləri həyata keçiriləcək.

Sahibkarların maliyyələşməyə çıxış imkanları genişləndirilməlidir. Biznesin təşviqi alətlərinə biz yenidən baxmağa hazırlaşırıq. Dövlətin yanaşması belədir ki, təşviq mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır və priroritet sahələr üzrə təşviqedici vergi siyasətinə üstünlük veriləcək.

Yeni özəlləşmə proqramının həyata keçirilməsi nəzərdə tutulub. Birbaşa xarici investisiyaların təşviqi mexanizmi təkmilləşdirilməli, eyni zamanda hesab edirik ki, dövlət investisiya proqramları dövlət-özəl tərəfdaşlığı çərçivəsində genişlənməlidir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol