• $
  • €
  • ₽
  • ₺
  • £

Vüqar Allahverdiyev yüksək vəzifəyə təyin edildi

Vüqar Allahverdiyev yüksək vəzifəyə təyin edildi
16.02.2021 11:53
BMT-nin Nyu-York şəhərindəki Katibliyində Baş Katibin gənclər üzrə elçisinin müşaviri vəzifəsində çalışan BMT-nin Terrorla Mübarizə Agentliyində Proqram Meneceri vəzifəsinə təyin edilib.


Anews.az xəbər verir ki, o, BMT-nin Azərbaycandakı nümayəndəliyində, eləcə də Nyu-York şəhərindəki baş qərargahında müxtəlif məsul vəzifələrdə çalışıb.


Peşə fəaliyyətinə 2006-cı ildə BMT-nin İnkişaf Proqramının Bakı Ofisində başlayan Vüqar Allahverdiyev 2014-cü ildən bu günədək BMT-nin Nyu-York şəhərindəki Katibliyində Baş Katibin gənclər üzrə elçisinin müşaviri və BMT-nin Əhali Fondunda müxtəlif vəzifələrdə çalışıb.


Həmvətənimiz BMT-nin Terrorla Mübarizə Agentliyinə təyinat almış ilk Azərbaycan vətəndaşı olaraq qurumdakı vəzifəsi çərçivəsində terrorçuların səyahətlərinin qarşısının alınması üzrə proqrama rəhbərlik edəcək.


Proqramın məqsədi hava və su nəqliyyatı vasitəsilə terrorçuların marşrut istiqamətlərinin müəyyənləşdirilməsi, həmçinin bu cür səyahətlərin qarşısının alınması üzrə BMT-yə üzv ölkələrdə İKT əsaslı infrastrukturun yaradılması və bu sahə üzrə beynəlxalq əməkdaşlığın təminatıdır. Proqramın növbəti 3 il müddətində BMT-yə üzv olan 50-dən artıq ölkədə tətbiq edilməsi nəzərdə tutulur.


BMT-nin Terrorla Mübarizə Agentliyi qlobal səviyyədə terrorizm və ekstrimizmə qarşı mübarizə sahəsində ölkələrin potensialının gücləndirilməsi və bu istiqamət üzrə beynəlxalq əməkdaşlığın əlaqələndirilməsini təmin edir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol