• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi qurum rəhbərləri mətbuat katibini öz şəxsi maraqları üçün istifadə edir - MÜSAHİBƏ

Bəzi qurum rəhbərləri mətbuat katibini öz şəxsi maraqları üçün istifadə edir - MÜSAHİBƏ
27.02.2021 11:25
Anews.az-ın bu dəfəki müsahibi Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri, Korporativ Kommunikasiya və PR mütəxəssisi və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin keçmiş ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri  İlham Məmmədovdur.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi və mətbuat katibi necə olmalıdır? 

- İctimaiyyətlə əlaqələr, yəni Public Relations (PR) termin olaraq hələ ilk dəfə 19-cu əsrin əvvəllərində ABŞ-da işlədilib. Azərbaycana isə bu terminin müstəqillik əldə edildikdən sonra işlədilməsinə başlanılıb. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsi qurumun fəaliyyətini cəmiyyətə doğru təqdim etməli, qurumla cəmiyyət arasında körpü rolu oynamalıdır. Həmin qurumun müsbət imicinin yaradılması istiqamətində qarşılıqlı ahəngdar əlaqələri formalaşdırmalıdır. Ən əsası bu proses birtərəfli olmamalıdır. Mütləq şəkildə qarşı tərəfin maraqları, istəkləri və fikirləri nəzərə alınmalıdır. Auditoriya düzgün seçilməli və təbliğat birtərəfli olmamalıdır. Bir sözlə qurumun ictimaiyyətlə əlaqələr şöbəsi cəmiyyəti təmsil etdiyi təşkilatın fəaliyyəti ilə bağlı məlumatlandırmalı, maarifləndirməli və düzgün hesababtlılığını təmin etməlidir. 

- Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində çalışmısız. Bu qurumun mətbuat xidmətinin indiki fəaliyyətini necə dəyərləndirirsiz? 

- Bir zamanlar işlədiyim ƏƏSMN çox ağır kontingentlə çalışır. Ölkədə ən həssas olan insanların problemləri ilə məşğul olurlar. Qaçqınlar, məcburi köçkünlər, kimsəsizlər, ahıllar, qazi və şəhid ailələri, sosial qayğıya ehtiyacı olanlar və s. Əlbəətdə ki, bu təbəqədən olan insanların problemlərini 100 faiz həll etmək və hamısını tam razı salmaq mümkün deyil. Mümkündür ki, hər zaman narazı qalanlar olacaq. Bu nazirliyin işi hər zaman digərlərindən çətin olub və çətin olaraq da qalmaqdadır. O ki qaldı, onlara edəcəyim tövsiyyə, fikrimcə nazriliyin sözçüsü Fazil Talıbov onlar haqqında yazılan hər hansı bir neqativ məlumata özünün sosial şəbəkə hesabında mütləq reaksiya verir. Bunun nə qədər operativ və araşdırılandan sonra edilməsi barədə bir söz deyə bilmərəm. Əsas odur ki, baş vermiş və ictimailəşdirilmiş məsələyə reaksiya verilir və bir çox hallarda nəticəsi barədə də paylaşım edilir. 


- İşlədiyiniz dövrdə demək olarmı ki, Sizin hər hansı KİV-lə probleminiz olmayıb? 

- Mənim fəaliyyətim dövründə nazirliyin işinə qərəzli yanaşan mətbu orqanları olub. Bu cür halların qarşısını almaq üçün biz qarşı tərəfə mövqeyimizin yazılmasını tələb etmişik. Yazılmadığı halda Mətbuat Şurasına müraciət etmişik. Ən son halda isə bu cür hallar hüquq müstəvisi üzərində həll olunub.
 
- Əgər hər hansı bir dövlət qurumunun jurnalistlə konfilikti yaranırsa bunu necə həll etmək lazımdır ? 

- Bəzi mətbuat katiblərinin özlərinin bu vəzifəyə jurnalistikadan gəlməklərinə baxmayaraq qarşı tərəfə lazimi diqqəti göstərmirlər, media ilə əlaqələrini düzgün qurmurlar, olduqca qeyri-peşəkar və soyuq yanaşma sərgiləyirlər. Şəxsi münasibətlərə görə jurnalisti iqnor etmək, suallara cavab verməmək, bəzi hallarda təqhirə keçmək olmaz. Bu yolverilməzdir. Bu cür hallar baş verərsə, "KİV haqqında qanuna" uyğun olaraq hərəkət etmək lazımdır. Əlavə olaraq bu kimi problemlərin müzakirəsi üçün Mətbuat Şurası var. Yox, əgər qarşılıqlı anlaşılma yoxdursa son olaraq problemi hüquqi müstəvi üzərində həll etmək olar. Mətbuat katibi bilməlidir ki, şəxsi münasibətinə görə, təmsil etdiyi qurumun nüfuzuna xələl gətirə bilməz. 

- Azərbaycanda beş yaxşı və beş pis işləyən mətbuat xidmətlərinin adını çəkə bilərsizmi? 

- DİN, Baş Prokrorluq, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə dövlət komitəsi, BNA, Miqrasiya xidmətinin mətbuat katibləri təmsil etdiyi qurumları çox gözəl təmsil edirlər. Amma Səhiyyə Nazirliyi, Gənclər və İdman nazirliyi və Mədəniyyət nazirliyinin mətbuat xidmətləri öz qurumlarını deməzdim ki, layiqincə təmsil edirlər. Burada önəmli məsələlərdən biri də qurumun rəhbərinin icitimaiyyətə açıq, necə deyərlər public olması vacib şərtdir. Məsələn, zamanında jurnalistlərin bir çoxunun konfilikt yaşadığı mətbuat katibi Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov idi. Səbəb də o idi ki, Ziya Məmmədov jurnalistlərə açıq adam deyildi və nəticədə mətbuat katibi ilə belə problemlər yaranırdı. Qurumun rəhbəri mətbuata nə qədər açıq olarsa mətbuat katibinin də işi bir o qədər asan olacaq. Ölkədə fəaliyyətləri qənaətbəxş hesab olunmayan qurumların mətbuat katiblərinin siyahısına isə əlavə olaraq bir çox yerli icra hakimiyyətlərinin mətbuat katiblərinin adını daxil edərdim. Yerli icra hakimiyyətlərinin mətbuat katibləri birbaşa özlərinin təbliğatı ilə məşğuldular. Bu isə səhv yanaşmadır. 

- İndi sayt redaktorusuz. Hansı qurumlarla probleminiz var və bunu necə həll edirsiniz? 

- Biz hər şeyi olduğu kimi yazırıq. Amma buna bəzi qurumlar tənqidi yanaşırsa bu onlara aid olan məsələdir. Yəni bu onların problemidir. Azərbaycanda bəzi qurumların mətbuat katiblərinin bir problemi var ki, rəhbər şəxs mətbuat xidmətinin rəhbərini şəxsən özünə informasiya ötürmək, medianın idarə olunması üçün şəxsi əlaqələrindən, fəaliyyətindən istifadə edir. Lakin, unutmaq olmaz ki, ictimaiyyətə birtərəfli məlumat ötürmək olmaz. Mətbuat katibinin həmin qurumun rəhbər şəxsinə birbaşa çıxışı olmalıdır. Bundan əlavə mətbuat katibi məlumatlı və söz sahibinə malik olmalıdır.
 
- Mətbuat xidməti siyasətini düzəltmək üçün nə kimi dövlət siyasətinə ehtiyac var?
 
- Düşünürəm ki, Azərbaycanda mütləq şəkildə ictimaiyyətlə əlaqələr institutu yaradılmalıdır və bu sahə inkişaf etdirilməlidir. Mətbuat xidməti ictimaiyyətlə əlaqələr şöbəsinin bir bir fəaliyyət sahəsi, bir qoludur. Amma bizim dövlət qurumları daha çox mətbuat xidmətinə üstünlük verirlər. Bu isə bəzən qurumun peşəkar ictimaiyyətlə əlaqələr işinin qurulmasında uğursuz olur. 

- Mətbuat xidmətlərinin rəhbərlərini təyin edərkən əksər hallarda televiziyalarda çalışan tanınmış simalara üstünlük verilir. Sizcə mətbuat katibinin tanınan sima olması əsasdırmı, yoxsa PR sahəsində fəaliyyəti daha önəmlidir? 

- Qurumun mətbuat xidməti rəhbərinin seçilməsi o qurumun ən birinci şəxsi, onun proseslərə baxışı ilə bağlıdır. Bəzən qurum tanınmış şəxsi mətbuat katibi gətirir. Bu zaman tanınmış sima qurumun ilkin olaraq tanınmasında dəstək ola bilər, ilkin imicinə təsir edə bilər. Amma sonrakı qiyməti qurumun fəaliyyətinə uyğun olaraq xalq verir. Məsələn Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkir ölkənin aparıcı TV kanalında, aparıcı kriminal xəbərlərində yetərincə tanınan sima idi. Amma Səhiyyə Nazirliyinə mətbuat katibi gələndən hansı addımlar atıldı? Heç bir yenilik baş vermədi. Deməli tanınmış sima önəmli rol oynamır. Mətbuat katibi tanıyıram ki, sadə Press Reliz yaza bilmir. 

- 44 günlük müharibədə gördük ki, xarici mediada erməni təmsilçiliyi Azərbaycandan daha çoxdur. Azərbaycandan xarici media üçün çalışa biləcək və bunu istehsal edən media platformaları varmı? 

- Çox azdır. Ümid edirəm ki, dövlət bu sahəyə diqqətini artıracaq. Bu böyük və olduqca vacib prosesdir. Vüqar Səfərli və onun havadarları kimi şəxslər mətbuatı alətə çevirmişdi. Hazırda da media sahəsində ciddi bir dəyişiklik yoxdur. Azərbaycanda kifayət qədər müstəqil media olmalıdır. Dövlətin maraqlarını müdafiə edən və eyni zamanda müstəqil olan platformalara ehtiyac var.
 
Gülnar Nazimqızı



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol