“Əfruz Mətanəti xilas etmək istəyərkən yıxılıb” - Ailəsindən açıqlama

Əfruz Səmədovanın ailəsi onun özünü öldürmədiyini iddia edir.
Rəssamlıqla məşğul olan Əfruzun babası qısa söhbət zamanı qeyd edib ki, nəvəsi heç də intihara meyilli olmayıb və bu addımı atmayıb. O deyib ki, sinif yoldaşı Mətanət yıxılarkən Əfruz onu tutmağa çalışıb. Bu zaman Mətanətin ağırlığından Əfruz da onun arxasınca yıxılıb.
Əfruz evin yeganə övladı olub, onun nə qardaşı, nə bacısı var.
www.anews.az
























