• $
  • €
  • ₽
  • ₺
  • £

“Pfizer” Azərbaycana niyə vaksin göndərmir?

“Pfizer” Azərbaycana niyə vaksin göndərmir?
27.03.2021 11:53
"Pfizer” şirkəti peyvəndin Azərbaycana tədarükü tarixi barədə sorğunu cavablayıb.

Anews.az xəbər verir ki, şirkət "Haber Global”a açıqlamasında vaksinin Azərbaycana nə zaman çatdırılıb-çatdırılmayacağı ilə bağlı dəqiq məlumat verməyib.

"Peyvəndin ədalətli və bərabər şəkildə əldə olunmasını təmin etmək üçün dünyanın hər yerindəki hökumətlər və qlobal səhiyyə tərəfdaşları ilə fəal şəkildə işləyirik. Hazırda elan edəcəyimiz heç bir şey yoxdur”,- deyə şirkət açıqlamasında bildirib.

Qeyd edək ki, Azərbaycan peyvəndi təmin etmək üçün beynəlxalq "COVAX” proqramına üzv olan ilk ölkələrdən biridir. Lakin "COVAX” Azərbaycana verdiyi vədə əməl etmir. Bu ilin birinci rübündə satın alınması lazım olan peyvəndlər hələ də ünvanına çatmayıb.

Belə ki, "COVAX” təşəbbüsü çərçivəsində "Biontech/Pfizer” vaksininin ilk partiyası Cənubi Qafqaz bölgəsində Gürcüstana çatdırılıb. Ölkə, həmçinin 13 martda "AstraZeneca” peyvəndini alıb. Lakin bu vaksinlərdən heç biri Azərbaycana göndərilməyib.

"COVAX”dan verilən son məlumata görə, Azərbaycana vəd ediləndən daha az doza çatdırıla bilər. Satınalma tarixi qeyri-müəyyəndir.

Bu məqamda bildirək ki, yanvarın 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə başlanılıb. Çinin "Sinovac” şirkətinin "CoronaVac” peyvəndi ölkədəki yarım milyon insana tətbiq edilib. Hazırda 40 yaş üzərində olan vətəndaşlar vaksinasiyaya cəlb olunur.

Xatırladaq ki, Prezident İlham Əliyev cari ilin fevralında yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında dünyada vaksin alışında ədalətsizliyə yol verildiyini diqqətə çatdırmışdı.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol