• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib - Foto

Ermənistan Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə edib - Foto
31.03.2021 12:41
Vətən müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı "İskəndər” raketlərindən istifadə edib.

Anews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) nümayəndəsi bildirib.

- Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan, Baş nazir Nikol Paşinyan və Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş hərbi müfəttişi Movses Hakobyan 44 günlük müharibə zamanı Ermənistanın Azərbaycana qarşı "İskəndər” raket sistemindən istifadə etdiyini açıqlayıblar. Son günlərdə bu məsələ yenidən erməni mediasında müzakirə mövzusuna çevrilib və sosial şəbəkələrdə raketin atılmasını göstərən videolar ortaya çıxıb. Bu cür açıqlamaları necə şərh edərdiniz?
- Bu cür açıqlamaları şərh etmək səlahiyyətimizdən kənardır.

- Bəlkə işçiləriniz hər hansı bir raket parçası aşkar ediblər?

- 2020-ci ilin dekabrından bəri işğaldan azad edilmiş Şuşa şəhərində Minaların Təmizlənməsi Agentliyi minaların təmizlənməsi və döyüş sursatlarının zərərsizləşdirilməsi işlərini davam etdirir. 15 mart 2021-ci il tarixdə agentlik əməkdaşları tərəfindən aparılan təmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raket qəlpələri aşkarlanıb.

- Qalıqların tapıldığı yerin koordinatlarını verə bilərsinizmi?

- Raket qırıqlarının coğrafi koordinatları aşağıdakı kimidir: 39°45'38.10"N 46°44'33.90”E və 39°45'27.80"N 46°45'25.80”E. Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsinin (9M723) yoxlanılması zamanı qalıqların "İskəndər” raket sisteminə aid olduğu müəyyən edilib. Açıq internet mənbələrində axtarış apararkən belə 9M723 eyniləşdirmə nömrəsinin "İskəndər” raketinə aid olduğunu müəyyən etmək olar. Bütün bunlar Vətən müharibəsi dövründə, xüsusən Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın Azərbaycana qarşı "İskəndər” raketlərindən istifadə etdiyini təsdiqləyir. (Caliber.az)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol