Tapılan “İskəndər” qalıqları ilə bağlı Kremldən növbəti - Açıqlama

"Kreml hələ də Azərbaycan hərbçilərinin Dağlıq Qarabağda tapdığı "İskəndər” Operativ-Taktiki Raket Kompleksinin qalıqları barədə məlumata sahib deyil”.
"Raketlə bağlı heç nə deyə bilmərəm, məlumatım yoxdur”,- deyə Kreml rəsmisi jurnalistlərin sualına cavabında qey edib.
25 fevralda Rusiya Müdafiə Nazirliyi, "İskəndər” OTRK-nın Dağlıq Qarabağdakı hərbi münaqişə zamanı istifadə olunmadığın bildirmişdi. Şöbə nümayəndəsi raketlərin hamısının Ermənistanın hərbi anbarlarında olduğunu qeyd etmişdi. (interfax)
www.anews.az
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "İskəndər”lə bağlı növbəti açıqlamasında bildirib.
Xatırladaq ki, aprelin 2-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) Dağlıq Qarabağ ərazisində "İskəndər” raketlərinin qalıqlarının tapıldığını açıqlayıb. Parçaların Şuşa şəhərində 15 mart 2021-ci il tarixində ərazilərin minalardan təmizləyərkən tapıldığı qeyd olunub. Daha sonra KİV-də raketlərin quyruq hissələrini və işarələri olan parçaları göstərən fotolar yayımlanıb.
www.anews.az
























