İlham Əliyev: "Bu yaddaşın bizimlə qalacağını başa düşmək vacibdir"

"Biz Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri unuda bilmərik. Biz Ermənistan rəhbərliyi tərəfindən törədilən Xocalı faciəsini və onun günahsız qurbanlarını heç vaxt unuda bilmərik Beləliklə, bu yaddaşın bizimlə qalacağını başa düşmək vacibdir".
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında bildirib.
Prezident deyib ki, bizim azad etdiyimiz ərazilərdəki dağıntılar ən pis gözləntiləri də aşır:
www.anews.az
























