• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Baş Qərargah rəisinin müharibə dövründə etdiyi çıxışın səs yazısı yayılıb

Ermənistan Baş Qərargah rəisinin müharibə dövründə etdiyi çıxışın səs yazısı yayılıb
20.04.2021 14:23
Ermənistan Təhlükəsizlik Şurası baş nazir Nikol Paşinyanın istefaya göndərdiyi Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanın İkinic Qarabağ müharibəsinin 4-cü günü keçirilən iclasda etdiyi çıxışın audio-yazısının bir hissəsini yayıb.

"Sputnik Armeniya” xəbər verir ki, generalın Təhlükəsizlik Şurasının toplantısında etdiyi məruzəsinin mətninin bir qismi ötən həftə yayılmışdı, indi isə onun səs yazısı ictimaiyyətə təqdim olunub.

Baş Qərargah rəisi həmin iclasda bildirib ki, cəbhə xəttində əməliyyat şəraiti dəyişməyib və rəqibin (Azərbaycan hərbçilərinin nəzərdə tutur-red.) hərəkəti müşahidə olunmayıb. Bunun ardınca O.Qasparyan deyib: "Bütün hallarda bizim qoşunlar qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir. Bu səhər Cəbrayıl istiqamətində böyük olmayan əks-hücum həyata keçirmişik və uğur qazanmışıq”.

O, məruzəsinin sonunda qeyd edib: "...Bütövlükdə vəziyyət belədir. Biz qarşıya qoyulan tapşırıqları yerinə yetirik və sonunadək onu icra edəcəyik”.

Qeyd edək ki, O.Qasparyan atəşkəsdən sonra bildirib ki, müharibənin 4-cü günü, sentyabrın 30-da Təhlükəsizlik Şurasının iclasında Ermənistanın resusrlarının tezliklə tükənəcəyini və hərbi əməliyyatları dayandırmağın vacibliyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Ancaq N.Paşinyan sabiq Baş Qərargah rəisinin müharibənin 4-cü günü belə bir məruzə etmədiyini söyləyib. Bundan sonra O.Qaspayan hökumət başçısını yalan danışmaqda ittiham edib. General-polkovnik "Joxovurd” qəzetinə müsahibəsində N.Paşinyandan başqa heç nə gözləmədiyini bildirərək onu "mənəviyyatsız yalançı” adlandırıb.

Baş nazir də dərhal keçmiş Baş Qərargah rəisinə cavab verib və deyib ki, həmin çıxışın stenoqrammını qanunun icazə verdiyi qədər açıqlayacaqlar. Təhlükəsizlik Şurası aprelin 15-də O.Qaspayanın qurumun sentyabrın 30-da keçirilən toplantısında etdiyi məruzənin stenoqrammının bir hissəsini yayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol