Zeynal Nağdəliyevin milyonları Rusiya və Avropaya necə daşınır?

Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi - şöbə müdiri Zeynal Nağdəliyevin ailə biznesi ilə bağlı maraqlı faktlar ortaya çıxıb.
Bu biznesin başında onun övladları – Nemət və Hikmət Nağdəliyevlər dayanır. Rusiyada təhsil alan qardaşlardan Nemət Nağdəliyev daha əvvəl Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində attaşe vəzifəsinə təyin olunub. Hazırda isə o, Polşada fəaliyyət göstərir. Belə ki, 2017-ci ilin oktyabr ayında N.Nağdəliyev həmin səfirlikdə yerləşməklə Mərkəzi və Şərqi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin edilib.
İddialara görə, müvafiq qanunvericiliyin tələblərinə zidd keçirilən tenderlərdən əldə olunan vəsaitlər – çirkli pullar daha sonra böyük oğul vasitəsilə əsasən Şərqi Avropa ölkələrinə, eləcə də Rusiyaya daşınır. N.Nağdəliyevin hazırda tutduğu vəzifə bu işi xeyli asanlaşdırır. Məhz həmin vəsaitlər hesabına Z.Nağdəliyevin sözügedən regionda böyük tikinti biznesi formalaşıb. Belə ki, onun Macarıstan başda olmaqla Şərqi Avropanın bir çox yerində yaşayış binaları və ofislərin inşaatını həyata keçirən şirkətləri var. (unikal.org)
www.anews.az
























