• $
  • €
  • ₽
  • ₺
  • £

"O, mənim qızım yerindədir" - Hüseynbala Mirələmov

"O, mənim qızım yerindədir" - Hüseynbala Mirələmov
27.04.2021 12:00
Xəbər verdiyimiz kimi, sabiq deputat Hüseynbala Mirələmovun sosial şəbəkələrdə qeyri-etik videosu yayılandan sonra o, ADNSU-da Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri və YAP Xətai rayon təşkilatının sədri vəzifəsindən azad edilib.

Anews.az-ın məlumatına görə, sözügedən video ilə bağlı sabiq millət vəkili Unikal.org-a müsahibə verib:

- Hüseynbala müəllim, necəsiniz?

- Babatam.

- Məlum video ilə bağlı nə deyə bilərsiniz?

- Həyatdır, oldu keçdi. Ümumiyyətlə, yanvar ayında olan hadisəni indi qabartmaqda məqsəd nədir? Yəqin ki, şantajdır. Mən heç kimi qınamıram. Yeganə təsəllim odur ki, insanlara əzab verən, onlara zülm edən adamların cəzasını Allah verəcək. Bu tip videoların yayılması ilə biz cəmiyyətin əxlaqını pozuruq.
 
Həyatda belə insanlar var ki, alçaqlıq edirlər. Qoy onların cəzasını Allah özü versin.

- Hüseynbala müəllim, videodakı xanımla hər hansı əlaqəniz olub?

- Ay qardaş, nə danışırsan? O, mənim qızım yerindədir. Ayıbdır, sadəcə ayıbdır. İnsanlar sosial şəbəkədən əl çəkmirlər, amma təəssüflər olsun ki, bir dənə kitab oxumurlar. Ancaq işləri-gücləri feysbukda onu-bunu lağa qoymaqdır.

Deputat dostlarım da məni tənqid ediblər, etsinlər, sağ olsunlar. Mən heç kimi qınamıram. Bizim partiyamız da çox düzgün qərar verdi. Bu, partiyamızın nüfuzuna xələl gətirə bilərdi deyə, mən YAP-dan uzaqlaşdırıldım.

- Hüseynbala müəllim, həmin video yayılanda hansı hissləri keçirdiniz?

- (Sükut çökür və bir qədər sonra) O hissləri sözlə ifadə etmək mümkün deyil. Ümumiyyətlə, bu, şantaj xarakterli idi. Məni şantaj etdilər. Bu, universitetdə konfrans zamanı olub. Videonu yayan adamlar tapılmalıdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol