• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Müdafiə Nazirliyindən Qarabağdakı vəziyyətlə bağlı - Açıqlama

Rusiya Müdafiə Nazirliyindən Qarabağdakı vəziyyətlə bağlı - Açıqlama
25.05.2021 10:23
Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları məsuliyyət zonalarında tərəflərin sərhədlərini müəyyənləşdirmə xəttində atəşkəsə riayət olunmasını izləyir, həmçinin nəqliyyat vasitələrinin təhlükəsizliyini, Laçın dəhlizi vasitəsilə ərzaq məhsulları və müxtəlif malların daşınmasını təmin edirlər.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları və Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb.

Qeyd edilib ki, Rusiya sülhməramlı kontingentinin bütün müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətraf ərazini hərtərəfli müşahidə etmək üçün hazırlanmış "Blokpost” istehkamları ilə təchiz olunub.

"Bizim əsas vəzifəmiz atəşkəs razılaşmasına riayət olunmasına nəzarət etməklə yanaşı, marşrut boyunca mülki nəqliyyatın təhlükəsizliyini təmin etməkdir”,-deyə müşahidə postunun komandiri Sergey İvanov bildirib.

"Bunun üçün postlarda bütün nəqliyyatın qeydiyyata alındığı nəzarət buraxılış məntəqələri yaradılıb. Bölgənin gecə-gündüz monitorinqi aparılır və mülki nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi də təmin edilir”, - deyə o əlavə edib.

Bildirilib ki, məsuliyyət zonasındakı vəziyyəti izləməklə yanaşı, Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin şəxsi heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri keçirir, pozuntuların və müşahidə məntəqəsinə mümkün hücum qarşısını almaq üçün təlimlər təşkil edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol