Yaxın günlərdə Azərbaycana Pfizer-BioNTech vaksini gətiriləcək

İyunun əvvəlində Azərbaycana COVAX xətti ilə Pfizer-BioNTech vaksinin gətirilməsi gözlənilir. Bu barədə Anews.az-a etibarlı mənbələrdən məlumat verilib.
"Bu gün Azərbaycanda kifayət qədər vaksin var. Peyvəndlə bağlı heç problem yoxdur. Bu gün vətəndaşlarımızın vaksin seçimi imkanı var”.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində çıxışı zamanı deyib.
www.anews.az
























