Nazir müavini: "Azərbaycan Ordusunda kadr islahatları ilə bağlı yeni layihələr hazırlanır"

"Ölkə başçısının Azərbaycan Ordusunda struktur islahatlarının aparılması və onun say tərkibinin artırılması istiqamətində tapşırıqlarına əsasən kadr orqanlarının üzərinə mühüm vəzifələr düşür".
Bunu Müdafiə nazirinin 2021-ci il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin təlim-metodiki toplanışında çıxışı zamanı nazir müavini general-leytenant Kərim Vəliyev deyib.
www.anews.az
























