• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır”

İlham Əliyev: “Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır”
17.08.2021 11:03
Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində alt keçidlər və körpü inşa olunacaq. Yol üzərində üç tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlini qoyub. 

"Bu gün ikinci tunelin təməli qoyuldu. Kəlbəcər-Laçın avtomobil yolunda tunel tikiləcək. İkinci tunelin bir müddətdən sonra istifadəyə verilməsi ilə gediş-gəliş daha da rahat olacaq. Çünki Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. Və mənim göstərişimlə azad edilmiş torpaqların investisiya proqramı tutulanda tunellər də bu layihələrə salındı. O cümlədən Şuşaya gedən yolda tunellər çəkilməkdədir. 

Tunelin tikintisi həm çətindir, xüsusilə belə ağır dağlıq relyefdə, eyni zamanda çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik, edəcəyik, çünki bu, Şərqi Zəngəzurun inkişafına lazımdır. İnsanlar bura qayıdandan sonra çox rahat Azərbaycanın digər bölgələri ilə əlaqələr qura biləcəklər. Həm Kəlbəcər və Laçın rayonları arasında əlaqələr möhkəmlənəcək. Eyni zamanda Laçın rayonunda aeroportun tikintisi nəzərdə tutulur. Eyni zamanda Kəlbəcərə Gölgöl-Gəncə istiqamətində də gediş-gəliş daha da rahat olacaq. 

Cəmi 8-9 ay ərzində görülmüş işlər onu bir daha göstərir ki, bizim çox güclü iradəmiz var. Siyasi qərarlar verildi və bütün güclər səfərbər olundu, texniki imkanlar səfərbər olundu, maliyyə vəsaiti təmin edildi, Azərbaycanda kadr potensialı, o cümlədən inşaat sahəsində formalaşdı və hərtərəfli işlər gedir, elektrik xətləri, su elektrik stansiyaları, yarımstansiyalar, tunellər, körpülər, hava limanları, sosial obyektlər və bütün digər məsələlər... Bu tunelin şəkli də burada göstərilir, çox rahat, təhlükəsiz yol olacaq”, - deyə dövlət başçısı təməlqoyma mərasimindən sonra bildirib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol