• $
  • €
  • ₽
  • ₺
  • £

Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verildi - 100 min manatlıq borc

Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verildi - 100 min manatlıq borc
18.08.2021 12:49
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi "Elite İnternational Management” MMC-ni məhkəməyə verib.

Məhkəmə çəkişməsinin səbəbi öhdəliklər üzrə yaranmış mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. 

"Elite İnternational Management” MMC 25 iyul 2002-ci ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Evsen Ali Diyardır.

Ali Evsen Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır. "Elite İnternational Management” MMC isə "Evsen Group” şirkətinə daxildir. 

Lakin artıq "Evsen Group” Ali Evsenə məxsus deyil. Bir neçə il əvvəl yayılan məlumatlarda deyilirdi ki, İspaniya məhkəməsinin sanksiyası əsasında "Evsen Group” şirkətinin bank hesabları dondurulub. Lakin sonradan məhkəməyə şirkətin Ali Evsenə məxsus olmadığını sübut edən sənədlər təqdim edilib. İddialara görə, həmin sənədlərdən bəlli olub ki, "Evsen Group” şirkətini Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov alıb. 

Kəmaləddin Heydərovun biznes imperiyası barədə mediada gedən məlumatlarda da "Elite İnternational Management” MMC onun nəzarətində olan şirkətlərin siyahısında yer alır. Bu məlumat indiyə qədər təkzib olunmayıb. 

Araşdırmalarımız zamanı o da məlum olub ki, "Elite İnternational Management” MMC-nin hazırda 98 482.99 AZN vergi borcu var.  (qaynarinfo)


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol