• $
  • €
  • ₽
  • ₺
  • £

Sabiq nazirin 48 minlik borcu - Şirkəti məhkəməyə verildi

Sabiq nazirin 48 minlik borcu - Şirkəti məhkəməyə verildi
23.08.2021 13:08
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsi "Synergy Group” MMC-ni məhkəməyə verib. 

İdda Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır.

"Synergy Group” MMC 50 milyon manatlıq nizamnamə kapitalı ilə 25 yanvar 2010-cu il tarixdə yaradılıb. Şirkətin qanuni təmsilçisi İsgəndərov Elnur Xaləddin oğludur. Elnur İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərovun oğludur.

"Synergy Group” MMC-nin əsl sahibi isə keçmiş vergilər naziri Fazil Məmmədovdur. Yeri gəlmişkən, Xaləddin İsgəndərov Fazil Məmmədovun bacısının əridir. 

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına diqqət yetirdikdə məlum olur ki, 4 dekabr 2020-ci ildə şirkətin sənədlərinə dəyişiklik edilib. Ehtimal edilir ki, bu dəyişiklik Elnur İsgəndərovun MMC-nin qanuni təmsilçisi olması ilə bağlıdır. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Axundov Rauf Arif oğlu olub. Rauf Axundov 2017-ci ildə lisenziyası ləğv edilən "Dəmir Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib.

Fazil Məmmədov nazir olduğu dönəmdə "Synergy Group” MMC Azərbaycanın ən iri holdinqlərindən biri kimi tanınıb. O,  şirkətə istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, hotelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar edib. Fazil Məmmədov işdən çıxarıldıqdan sonra şirkətin işi axsayıb. 2019-cu ildə yayılan məlumata görə, sabiqlərin sırasına qoşulduqdan sonra bir müddət səhhətindəki problemlərlə məşğul olan keçmiş nazir yenidən əsas diqqətini "Synergy Group” MMC-yə yönəldib. 

Amma deyəsən Fazil Məmmədovun işləri yaxşı getmir. Çünki hazırda "Synergy Group” MMC-nin 48 168.93 AZN vergi borcu var. (qaynarinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol