• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Abxaziyadakı bazasını yenidən silahlandırır, səbəb Qarabağdır...

Rusiya Abxaziyadakı bazasını yenidən silahlandırır, səbəb Qarabağdır...
03.09.2021 09:44
Rusiya Müdafiə Nazirliyi separatçı Abxaziya bölgəsindəki hərbi bazanı yenidən silahlandırmaq qərarı verib. Virtualaz.org Rusiya hərbi nəşrlərinə istinadən xəbər verir ki, Abxaziyanın Qudautı bölgəsində dislokasiya olunmuş Qırmızı Bayraqlı Rusiya 7-ci hərbi bazasına modernizə edilmiş BMP-3 piyada döyü maşınları veriləcək. Bundan əvvəl isə bazanın silahlanmasına yeni BTR-82 transportyorları verilmişdi.

Habelə hərbi bazanın bölmələri AK-74 avtomatlarının əvəzinə AK-12 avtomatları ilə silahlandırılacaq. Bazanın pilotsuz təyyarələrlə gücləndirilməsi haqda hələlik rəsmən deyilmir, amma bundan əvvəl Müdafiə Nazirliyi cənub sərhədlərinin zərbə PUA-ları ilə möhkəmləndiriləcəyini bildirmişdi. Gözlənilir ki, bazaya yeni silahlar və texnika gələn ilin əvvəllərindən daxil olacaq.

Abxaziyadakı Rusiya hərbi bazası mobil ehtiyat qüvvə hesab edilir və zərurət yaranarsa onu Qafqazda, Qara dəniz regionunda tətbiq etmək olar. Ştat baxımından baza gücləndirilmiş tərkibdə motoatıcı briqadadır və Gürcüstan ordunun həmləsinin qarşısını əsas qüvvələr köməyə gələnə qədər almaq üçün nəzərdə tutulub.

Rusiyanın raket və artilleriya elmləri Akademiyasının prezidentinin müavini Konstantin Sivkov bildirir ki, bazanın yenidən silahlandırılması Rusiya ətrafında artan hərbi gərginliklə, xüsusən də Qarabağdakı ötən ilki müharibə ilə  əlaqəlidir.

"Gürcüstanın yeni hərbi avantüraya cəhd etməsi riski reallığa çevrilir. Bu vəziyyətdə Rusiya bazasının hərbi potensialını artırmaq ona görə lazımdır ki, mümkün həmləyə operativ və çevik reaksiya vermək mümkün olsun”,-Sivkov bildirib.

2008-ci ilin avqust müharibəsinin nəticəsində Rusiya Abxaziyanı və Cənubi Osetyanı faktiki ilhaq edib, bu separatçı bölgələrdə öz hərbi iştirakını artırıb və onları "müstəqil respublikalar” kimi tanıyıb. (virtualaz.org)


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Siyasət 15:40
Anar Əliyev nazir təyin olunub - Sərəncam
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Siyasət 15:17
Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol